Bolqarıstan yığmasının baş məşqçisi: Azərbaycanla bu yaxınlarda yoldaşlıq oyunu keçirmişdik
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bolqarıstanın U-21 yığmasının baş məşqçisi Aleksandr Dimitrov AVRO-2027-nin püşkatma mərasiminin nəticələrinə əsasən, komandalarının Azərbaycanla eyni qrupda yer almasından bəhs edib.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan bolqar mütəxəssis yığma komandamız barədə bunları deyib:
"Qrupun favoriti Portuqaliya yığmasının olduğu açıq-aşkar görünür. Deyə bilərik ki, 4-cü səbətdən ən güclü rəqib isə Şotlandiyadır. Çünki onlar ən yüksək reytinqə malik idilər. Rəqiblərimizdən biri Azərbaycandır. Biz Azərbaycanla bu yaxınlarda yoldaşlıq oyunu keçirmişdik. Baxmayaraq ki, o vaxt onların geniş heyəti var idi. Hər halda, yenidən onlarla maraqlanacağıq".
Qeyd edək ki, yığma komandamızın rəqibləri Bolqarıstanla yanaşı, Portuqaliya, Çexiya, Şotlandiyadır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















