Bolu şəhərində 78 nəfərin öldüyü otel yanğını ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Bolu şəhərində 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək.
APA NTV-yə istinadən xəbər verir ki, məhkəmə Bolu Sosial Elmlər Liseyinin idman zalında olacaq.
İclasda 19-u həbsdə olmaqla ümumilikdə 32 nəfər təqsirləndirilən şəxs hakim qarşısına çıxarılacaq.
Hazırda hadisədə həyatını itirən şəxslərin yaxınlarının məhkəmə zalına buraxılmasına başlanılıb.
Qeyd edək ki, yanvarın 21-i Kartalkaya Qış İstirahət Mərkəzində yerləşən Grand Kartal Oteldə baş vermiş güclü yanğın nəticəsində 78 nəfər həyatını itirib, 133 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisədən sonra Bolu Cumhuriyyət Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində hazırlanan ittiham aktında otelin sahibləri, şirkət rəhbərliyi və Bolu Bələdiyyəsinin vəzifəli şəxsləri daxil olmaqla bir sıra adlara qarşı cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 İyul 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















