Icma.az
close
up
RU
Bonn şəhərində NDC 3.0 prosesində gənclərin və uşaqların iştirakına dair panel sessiya keçirilib

Bonn şəhərində NDC 3.0 prosesində gənclərin və uşaqların iştirakına dair panel sessiya keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bonn, 18 iyun, Pərvanə Qafarova, Elvin Mövsümov, AZƏRTAC

İyunun 18-də Almaniyanın Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Subsidiar Orqanların 62-ci sessiyası (SB62) zamanı COP30 və COP29 Sədrliyinin “NDC 3.0 prosesində gənclərin və uşaqların mənalı iştirakı üçün nəsillərarası dialoqun gücləndirilməsi” mövzusunda birgə panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Braziliyada keçiriləcək COP30-un İqlim dəyişikliyi üzrə çempionu Marcella Oliveira və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, eləcə də Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni iştirak ediblər.

Öncə Marcella Oliveira Azərbaycanın sədrliyi dövründə gördükləri layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra “Mutirao” mövzusunda videotəqdimat edilib.

Braziliyanın COP30 Gənc iqlim çempionu bildirib ki, ötən il noyabrda ilk dəfə gənclər və uşaqlar mövzusu ön plana çıxdı, belə ki, COP29-da Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə rolu barədə Bakı Bəyannaməsi qəbul olundu.

“Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə rolu konkret tədbirlərlə müşayiət olunmalıdır. Biz hələ də bu qruplara xüsusi diqqət yetirən maarifləndiricilərə və dəqiq hədəflərə ehtiyac duyuruq. Eləcə də iqlim öhdəliklərinin hazırlanması, icrası və monitorinqi mərhələlərində daha geniş ictimai iştirak təmin olunmalıdır. Yenilənmiş Milli Səviyyədə Müəyyən edilmiş Töhfələr (NDC) 2030 və 2035-ci illər üçün 2005-ci illə müqayisədə xalis istixana qazı emissiyalarının 59 faizdən 67 faizədək azaldılması üzrə milli hədəfi müəyyən edir. UNICEF-in Braziliyadakı nümayəndəsinin də qeyd etdiyi kimi, əgər Braziliya mümkün olan ən iddialı azalma strategiyalarını qəbul edərsə, həm indiki, həm də gələcək nəsil uşaqlar şübhəsiz fayda görəcək.

Bilirik ki, NDC-lər ərazilərimizə, həyatımıza, gənclərimizə və gələcək nəsillərimizə təsir göstərmək baxımından olduqca vacibdir. Bu, sabahın deyil, bu günün mövzusudur. Buna görə də bütün tərəflərdən keyfiyyətli və effektiv NDC-lər tələb olunur. Biz də nəsillərarası dialoq üçün buradayıq. Braziliya təkbaşına hərəkət edə bilməz və buna görə də bu, TROİKA çərçivəsində fəaliyyət göstərir. Hazırda cəmi 22 ölkə yeni NDC-lərini təqdim edib. Digər tərəflərin də bu nümunəni izləməsi və təcili hərəkət etməsi zəruridir. Ən əsası isə, qəbul olunan iqlim planlarının yalnız böyüklər tərəfindən hazırlanmasının yetərli olmadığını başa düşməliyik”, - deyə Marcella Oliveira əlavə edib.

Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni çıxışında bildirib ki, ilk dəfə 2003-cü ildə COP-a qatılıb: “Kaş o dövrlərdə gənc iqlim səfirləri, gənc iqlim liderləri də olaydı. O vaxt yox idi, amma gənclər həmin konvensiyanın başlanğıcında da iştirak edirdilər. O zaman bizə necə ehtiyac var idisə, bu gün də bir o qədər ehtiyac var. Çünki o vaxtdan bu günə qədər illər keçdi və mən indi Ətraf Mühit Nazirliyində iqlim dəyişikliyi üzrə milli katib kimi fəaliyyət göstərirəm. Yeni NDC-nin hazırlanmasına cavabdehəm – əlbəttə, digər hökumət nümayəndələri ilə birlikdə. Sən o kresloda əyləşib 2035-ci il üçün NDC hazırlamalı olanda, doğrudan da sual yaranır: haradan başlamalısan? Necə başlamalısan?

İlk instinkt təbii ki, digər nazirliklərdəki həmkarlarla danışmaq olur – biz də məhz belə etdik. Əvvəlcə biz 23 nazirliklə danışıqlar aparmalı olduq ki, onların hər birini bu prosesə cəlb edək. Bu, asan vəzifə deyil – nəqliyyat nazirliyi, energetika nazirliyi, səhiyyə nazirliyi - hamısının bu masada yer alması lazımdır – təkcə hökumət daxilində belə. Ardınca özəl sektor qapını döyür, vətəndaş cəmiyyəti qapını döyür, regional və yerli idarəetmə qurumları qapını döyür. Hamı iştirak etmək istəyir”, - deyə Ana Toni əlavə edib.

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova çıxışında bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi iqlim sammitində proseslərin mahiyyəti gənclərin daha yaxşı anlaması üçün daha aydın şəkildə təqdim edildi. İl ərzində COP29 gənclərə həqiqi və mənalı iştirakın nə demək olduğunu ifadə edə biləcəkləri məkanlar yaratdı. İkitərəfli görüşlərdən tutmuş yüksəksəviyyəli tədbirlərə qədər, biz uşaqların və gənclərin baxışlarının olması məsələsini hər zaman diqqətdə saxladıq. Uşaqlar kənarda qalmamalıdır. İştirak təkcə məsləhətləşmə və təhsillə kifayətlənməməlidir – eyni zamanda, uşaqlara həssas göstəricilərin yeni NDC-lərdə izlənilməsini əhatə etməlidir. Bu sahədə UNICEF-in təqdim etdiyi alətlər və digər resurslar çox yaxşı başlanğıc nöqtəsidir.

Uşaqların və gənclərin mənalı şəkildə cəlb olunması sadəcə simvolik bir jest deyil – bu, strateji bir zərurətdir. NDC 3.0 prosesi artıq bir çox ölkələrdə başlayıbdır və bu, sevindiricidir”, - deyə Leyla Həsənova vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri