Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Boru sonsuzluğu

Boru sonsuzluğu

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqlıq borularının keçiriciliyinin pozulması sonsuzluğa səbəb olan amillərin arasında əsas  yerlərdən birini tutur.

Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa yaxın yerləşən uşaqlıq borularının  saçaqlı çıxıntıları - fibriyalar - öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir. Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır. Beləliklə, uşaqlıq borusu çox vacib "nəqliyyat" funksiyasını yerinə yetirir. Əgər bu prosesdə cüzi də olsa pozulmalar baş verərsə, müxtəlif və çox ağır fəsadlar inkişaf edə bilər. Belə ki, uşaqlıq borunun mənfəzi tam və ya qismən bağlı olduqda mayalanmış yumurta hüceyrəsi uşaqlığa çata bilmədiyinə görə borunun divarına implantasiya edir (birləşir) və nəticədə çox təhlükəli bir hal - uşaqlıqdan kənar hamiləlik (boru hamiləliyi) inkişaf edir. Digər tərəfdən uşaqlıq boruları tam bağlı olduqda  boru sonsuzluğu inkişaf edir.

Uşaqlıq borularının keçiriciliyinin pozulmasının ən yayılmış səbəbi iltihabdır. Bu iltihabın səbəbi isə cinsi yolu ilə keçən infeksiyalar, abortdan sonra baş vermiş infeksion ağırlaşmalardır. Bu iltihabi prosesin nəticəsində kiçik çanaq boşluğunda bitişmələr (sinexiyalar) əmələ gəlir. Bitişmələr borunun mənfəzini tam və ya qismən bağlaya bilər, borunu daralda bilər, fibriyaların quruluşunu poza bilər və s. Uşaqlıq borusu və yumurtalıq arasında olan bitişmələr ovulyasiyadan sonra yumurtalıqdan çıxan yumurta hüceyrəsinin boruya düşməsinə mane olur.

Uşaqlıq boruların keçiriciliyinin pozulmasına səbəb olan infeksiyalardan biri xlamidiozdur. Təəssüf ki, bir çox hallarda xlamidioz özünü heç bir əlamətlə büruzə vermir. Həkimlərin müşahidələrinə görə, borularında problemlər olan qadınların yarısından çoxunda xlamidioz aşkar olunur.

Bitişmələr kiçik çanaq boşluğu orqanlarında aparılan cərrahiyə əməliyyatlarından sonra əmələ gələ bilər (miomaların və kistaların xaric edilməsi, keysəriyyə əməliyyatı və s.). Bəzi hallarda bitişmələr appendiksin xaric edilməsindən sonra əmələ gəlir.

İltihabi proseslərdən əlavə uşaqlıq boruların keçiriciliyinin pozulmasına qadında olan hormonal pozulmalar, xroniki streslər də səbəb ola bilər.

Uşaqlıq borularının keçiriciliyinin pozulması adətən özünü heç bir əlamətlə büruzə vermir və qadın sonsuzluqla bağlı olan müayinələrdən keçdikdə aşkar olunur.

Uşaqlıq borularının keçiriciliyinin yoxlanması üçün xüsusi müayinələr - histerosalpinqoqrafiya (HSQ), exosalpinqoqrafiya (ESQ) və laparoskopiya - istifadə olunur.

Histerosalpinqoqrafiya zamanı uşaqlıq boyununun kanalından kontrast maye yeridilir və  rentgen şəkili çəkilir ki, bu şəkildə borularına mayenin düşüb-düşməməsi aydın görünür. Bu prosedura menstrual dövrünün 1-ci hissəsində həyata keçirilir. Müayinə kifayət qədər ağrılı olduğuna görə proseduradan əvvəl qadına ağsızlaşdıran və spazmolitik preparatlar yeridilir (bəzi hallarda hətta narkoz istifadə olunur).

Bəzi həkimlər belə hesab edirlər ki, bu prosedura hətta müalicəvi təsir göstərir ki, borular mayenin təzyiqi altında yaxşı "yuyulur".

Onu da nəzərinizə çatdıraq ki, bəzi hallarda bu müayinə yanlış mənfi nəticə göstərə bilər: kontrast maye keçirici olan borulara onların sıxılmasına (spazm) görə düşmür.

Exohisterosalpinqoqrafiya zamanı rentgendən deyil, USM-dən istifadə olunur. Uşaqlıq boruları keçirici olmadıqda, uşaqlıq enlənir, böyüyür. Bu üsül HSQ ilə müqayisədə daha az informativ sayılır. Lakin bu müayinə zamanı qadın şüalanmır və bu səbəbdən exohisterosalpinqoqrafiya bir neçə dəfə təkrar oluna bilər.

Laparoskopiya zamanı qarın divarında kiçik kəsiklər aparılır. Bu kəsiklərdən qarın boşluğuna kiçik cərrahiyə alətləri və videokamera yeridilir. Qarın boşluğunda olan görüntülərinə həkimlər kompüterin monitorunda izləyirlər. Laparoskopiya zamanı uşaqlıq borularının keçiriciliyinin pozulmasından əlavə digər sonsuzluğa səbəb olan amillərinin (polikistoz yumurtalıqlar, endometrioz) diaqnostikası aparılır. Adətən müalicəvi-diaqnostik laparoskopiya aparılır. Bu o deməkdir ki, əməliyyat zamanı aşkar olunmuş pozulmalar dərhal aradan qaldırılır (bu mümkün olduqda) - endometrioz ocaqları yandırılır, sinexiyalar açılır və s.

HSQ və ESQ zamanı uşaqlıq borularının keçiriciliyinin pozulması aşkar olunduqda qadına müalicə təyin olunur. Bitişmələr olduqda adətən cərrahi müalicə təyin olunur (laparoskopik əməliyyat). Bitişmələr boruların ətrafında olduqda əməliyyat daha çox hallarda müsbət nəticə verir. Bitişmələr borunun mənfəzində olduqda isə belə müsbət nəticə daha az hallarda əldə edilir. Boruların keçiriciliyi tam pozulduqda (mənfəzi bütün uzunluğu boyu bağlı olduqda) cərrahi əməliyyat effektli sayılmır. Bəzi hallarda əməliyyat zamanı iltihablaşmış, enlənmiş, içərisində çoxlu maye olan boru xaric edilir.

Əməliyyatdan sonra hamiləlik baş tutmursa (adətən bu əməliyyatdan sonra 6 ay ərzində baş verir), təkrar cərrahi müalicə adətən tətbiq olunmur. Bu halda süni mayalanma üsullarından istifadə olunur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see271

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see269

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see260

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see259

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see253

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see249

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see244

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see240

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see226

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see217

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see215

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see205

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see203

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see200

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see199

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see196

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see194

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see188

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri