Icma.az
close
up
RU
Boşanma sənədi ilə sonradan fikrini dəyişənlər nə etməlidir? Hüquqşünas açıqlayır

Boşanma sənədi ilə sonradan fikrini dəyişənlər nə etməlidir? Hüquqşünas açıqlayır

Icma.az bildirir, Tribuna portalına istinadən.

Boşanma zamanı ilkin olaraq Mediasiya qurumuna müraciət edilir. Boşanma xərcləri vəkilsiz cəmi 100 manat tutulduğu halda, saytımıza müraciət edən vətəndaşlardan biri bildirib ki, mediator onlardan 300 manat dövlət rüsumu alıb. Hər iki tərəf boşanmağa razı olub. Sənədləri hazır edilib. 300 manat nə üçün nəzərdə tutulur? Daha sonra şəxslər öz aralarında barışıblar. Bu halda ödənilən rüsum geri qaytarıla bilərmi? Və ən əsası, onlara mediator tərəfindən verilən sənədi istənilən zaman məhkəməyə müraciət edərək boşanmağı həyata keçirə bilərlərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas-vəkil Ruslan Mustafazadə bildirib ki, bu mövzu kifayət qədər aktualdır. Çünki bütün ailə münasibətlərinə dair mübahisələr qanunvericilikdə məhkəməyə qədər mediasiya mərhələsindən keçirilməsi tələb olunur.

Hüquqşünasın sözlərinə görə, vətəndaşların bu mərhələ ilə bağlı kifayət qədər sualları yaranır. Bu suallardan biri də təbii ki, ödənilən rüsumlarla bağlıdır. Bəli, dövlət rüsumu haqqında qanunda məhkəməyə müraciət edilən zaman məsələlərlə bağlı rüsumlar müəyyən edilmişdir. Qiymətləndirilən və qiymətləndirilməyən iddialar var. Nikahın ləğvi ilə bağlı iddia isə qiymətləndirilməyən iddialar sırasına daxildir. Məhkəməyə müraciət edilən zaman 100 manat rüsumunu ödənilməsi nəzərdə tutulur.

Amma mediasiya mərhələsi keçirilməli olduğu üçün orada da rüsumunu ödənilməsi tələb olunur. Məhkəməyə müraciət edilən zaman mediasiyada ödənilən rüsumunu bir hissəsindən azad olunma tətbiq edilir. Yəni, Mediasiya da 50 manat ödənilibsə, artıq məhkəmədə sadəcə 50 manat ödənilir. Mediasiya ödənişi hər iki mərhələni özündə cəmləşdirir.

Amma və lakin müəyyən hallar istisna edilməklə, Mediasiyada rüsumların hamısının məbləği tam müəyyən edilməmişdir. Bu əsasən də sazişlərlə bağlı hissədir ki, saziş bağlanılan zaman mediator göstərdiyi xidmətə uyğun olaraq dəyər müəyyən edir. Yəni, bu dəyər 300, 500, 1000 manat dəyərində də ola bilər. Burada heç bir məhdudiyyət tətbiq edilmir. Mediator öz göstərdiyi xidtin vaxtı, ağırlığı və s. məsələləri nəzərə almaqla, tərəflərə müəyyən məbləğ təklif edir. Tərəflərdən biri və ya hər ikisi o məbləği ödəyirlər. Verilən sualdan da bəlli olur ki, vətəndaşlar nikahın ləğvi ilə bağlı məhkəmədən öncə mediasiya mərhələsinə müraciət edirlər. Razılıqla boşanmaq rəyinə gəlirlər. Mediator onlara 300 manat rüsum olduğunu bildirir. Vətəndaşlar bununla razılaşırlar. Bundan sonra vətəndaşlar məhkəməyə müraciət etməmişdən qabaq barışmaq ərəfəsində olurlar. Məbləğin 300 manat olmağında heç bir problem yoxdur. İş yükünün əvəzi olaraq müəyyən olunmuş məbləğdir və vətəndaşlar da bununla razı olublar. Barışan vətəndaşlar ailə kimi birgə yaşayırlarsa, boşanmaqdan imtina ediblərsə və gələcəkdə fikirlərini dəyişərlərsə bəli, mediatorun verdiyi sazişlə, sənədlərlə yenidən məhkəməyə müraciət etmək hüquqları var. Orada vaxtla bağlı heç bir məhdudiyyət yoxdur. Amma bu ağlabatan müddətdə olmalıdır. Yəni, üzərindən iki il, il yarım keçdikdən sonra həmin sənədlə məhkəməyə müraciət edildiyi təqdirdə məhkəmə ağlabatan müddət hissəsinin pozulduğunu nəzərə alaraq, yenidən mediasiya mərhələsinə müraciət edilməli olduğunu əsas gətirərək imtina verə bilər.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri