Icma.az
close
up
RU
Botoksdan sonra pasiyentdə yaranan fəsadların səbəbi nədir?

Botoksdan sonra pasiyentdə yaranan fəsadların səbəbi nədir?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda bəzi xanımların saxta botoksdan zəhərləndiyi iddia olunur.

Bizimyol.info xəbər verir ki, adının çəkilməsini istəməyən xanım başına gələn xoşagəlməz hadisə ilə bağlı sosial mediada paylaşım edib. O bildirib ki, botoks prosedurundan iki gün sonra ayaqları tutulub, gözlərində bulanıq görmə yaranıb, başı hərlənib.

O, həmçinin udqunma və çeynəmə zamanı çətinlik çəkdiyini deyib.

“Getmədiyim həkim qalmayıb. Bütün analizlərim normal çıxıb, heç bir problem tapılmayıb. Mənə əzələlər üçün dərmanlar, sistemlər və masaj yazdılar. Bir qədər yaxşılaşdım, amma hələ də qollarımı qaldırmaqda çətinlik çəkirəm, çox yavaş yeriyirəm. Qorxuram ki, yıxılım. Bir neçə dəfə ayaqlarım məni saxlamayıb və yıxılmışam.

Heç yerə tək çıxa bilmirəm. Geyinməyə belə anam kömək edir. Demək olar ki, təkbaşına heç nə edə bilmirəm. Mən özüm videografam, iki uşağım var.

Əvvəllər çəkilişlərə gedən insan indi heç nə edə bilmirəm.

“Boş şeydir” yazanlara demək istəyirəm ki, xeyr, heç də boş şey deyil. İnsanlar ehtiyatlı olsunlar. Heç kimin başına belə hadisə gəlməsin”.

Araşdırmalar göstərir ki, botoks zəiflədilmiş formada bir zəhərdir.

Gələcəkdə immun xəstəliklərə tutulma riskini artırır. Güclü baş ağrıları ilə müraciət edən pasiyentin anamnezinə baxış zamanı məlum olub ki, o, illər əvvəl botoks proseduru etdirib.

Dermatokosmetoloq Aygün Mustafayeva Bizimyol.info xəbər portalına bildirib ki, hər kəs preparatın sertifikatını tələb etməlidir:

“Birinci növbədə pasiyentlər bilməlidirlər ki, kimə müraciət edirlər. Sertifikatı olan mütəxəssisə, dermatoloqa, həkim-kosmetoloqa müraciət etməlidirlər.

İkinci növbədə isə həkim prosedur həyata keçirən zaman istifadə olunan botulinum toksin preparatının sertifikatını təqdim etməlidir. O zaman belə xoşagəlməz hallar yaranmaz.

Hazırda kimin hara getdiyini, hansı botoksun və hansı preparatın vurulduğunu müəyyən etmək mümkün deyil. Təəssüf ki, belə hallar çoxdur. İnsanlar diqqətli olmalıdırlar, gözüaçıq olmalıdırlar ki, kimə müraciət edirlər və hansı prosedurları etdirirlər. Hər bir şəxs prosedur zamanı istifadə olunan preparatın sertifikatını tələb etməlidir. Bu halda belə problemlərlə qarşılaşmazlar”.

“Normalda botulinum toksini üz mimik əzələlərinin müalicəsində, qırışların aradan qaldırılmasında istifadə olunur. Orada toksinin miqdarı o qədər cüzidir ki, belə halların yaranması üçün nəzərdə tutulmayıb və bu cür fəsadlara səbəb olmamalıdır, - deyə dermatokosmetoloq vurğulayıb.

Aygün Mustafayeva əlavə edib:

“Yaranan problemlərin səbəbi istifadə olunan preparatın saxta olması, təmizlənməmiş preparat olması və ya hər hansı halda dozanın həddindən artıq tətbiq edilməsi ola bilər. Ona görə də çox ehtiyatlı olmaq lazımdır”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 İyul 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri