Böyük Britaniya Avropa İttifaqına qayıda bilər The Times
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın Baş naziri Endi Börnem ölkəsinin Avropa İttifaqına yenidən üzv olmasının zəruriliyinə inanır.
“The Times” qəzeti bu barədə Britaniya hökumətinin rəhbərinə yaxın yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.
“Börnem Avropa İttifaqına qayıtmaq istəyir. Həqiqət budur. O, bu addımın zəruriliyinə dərindən inanır və ictimai rəyin də onun tərəfində olduğunu düşünür”, – mənbə bildirib.
Nəşrin məlumatına görə, Baş nazir qarşıdakı bir il ərzində Böyük Britaniya ilə Avropa İttifaqı arasında uzunmüddətli münasibətlərin gələcəyinə dair Brüssellə məsləhətləşmələr aparmağı planlaşdırır.
Bununla belə, Britaniya hökuməti ölkənin Avropa İttifaqına yenidən üzv olması ilə bağlı hər hansı rəsmi plan açıqlamayıb.
Xatırladaq ki, Böyük Britaniya 2016-cı ilin iyununda keçirilmiş referendumun nəticələrinə əsasən, 2020-ci il yanvarın 31-də Avropa İttifaqının tərkibindən çıxıb.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Noyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















