Icma.az
close
up
RU
Böyük Britaniyada qaçqınların tibbi görüşlər üçün taksidən istifadəsi qadağan edilir

Böyük Britaniyada qaçqınların tibbi görüşlər üçün taksidən istifadəsi qadağan edilir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti qaçqınların  tibbi müayinələrə taksi ilə aparılmasını fevral ayından etibarən qadağan edəcək. Qərar Daxili İşlər Nazirliyinin bu xidmətə illik təqribən 15,8 milyon funt xərcləməsi fonunda verilib.

Bizimyol.info xəbər verir ki, qaydalara əsasən, qaçqınların təcili ehtiyacları olsa belə taksi əvəzinə ictimai nəqliyyatdan — əsasən avtobuslardan — istifadə etməli olacaqlar. Taksiyə yalnız çox məhdud və əsaslandırılmış hallar üçün icazə veriləcək. Bu hallar fiziki əlillik, ağır və xroniki xəstəliklər, hamiləliklə bağlı tibbi zərurətlər ola bilər. Hər bir belə səfərə yalnız Daxili İşlər Nazirliyi rəsmi təsdiq verdikdə icazə veriləcək.

BBC-nin apardığı araşdırma taksilərlə uzun məsafəli səfərlərin kütləvi şəkildə həyata keçirildiyini ortaya çıxarıb. Məsələn, bir qaçqınlarının ailə həkiminə çatmaq üçün 250 mil yol gedərək 600 funt dəyərində taksi istifadə etdiyi məlum olub. Bu kimi halların səbəbi çox vaxt müalicə alan şəxslərin başqa bölgələrə köçürülməsi ilə bağlı olur.

Hazırkı sistemdə qaçqınlara yalnız həftədə bir dəfə avtobusla gediş-gəliş imkanı verilir. Digər zəruri səfərlərdə podratçı şirkətlər istər-istəməz taksi sifariş edir. Bir subpodratçı gündə cəmi iki millik məsafəyə 15-dək daşınma üçün hökumətdən təxminən 1,000 funt aldıqlarını etiraf edib.

Miqrant və qaçqınlarla işləyən təşkilatlar uzun illərdir qaçqınlara pulsuz ictimai nəqliyyata çıxış verilməsinin vacibliyini qeyd edirlər. Citizen UK koalisiyası 2023-cü ildən başlayaraq bu məsələ ilə bağlı hökumətə müraciət edir. 2024-cü ilin noyabrında Oksfordda bu barədə pilot layihə həyata keçirilib, Şotlandiya isə 2026-cı ilə qədər pulsuz avtobus gedişləri təmin edəcəyini bildirib.

Daxili işlər naziri Şabana Mahmood mövcud vəziyyətin “vergiverənlərin pullarının israfı”na səbəb olduğunu bildirib: “Qaçqınların məhdudiyyətsiz taksi istifadəsinə son qoyuram. Taksilər yalnız ən istisna hallarda istifadə ediləcək”, - deyib.

Hökumətin məlumatına görə, israf və artıq ödənişlərin qarşısını almaq üçün müqavilələrə nəzarət gücləndiriləcək, mütəmadi auditlər keçiriləcək.

Hökumət qaçqınların yerləşdirildiyi otelləri bağlamağı və onları alternativ məkanlara — o cümlədən hərbi obyektlərə — köçürməyi planlaşdırır. Bu prosesin parlament dövrünün sonuna qədər başa çatdırılması və 500 milyon funt qənaət edilməsi hədəflənir.

Son statistikaya görə, hazırda 36,273 qaçqınların hələ də otellərdə yerləşdirilir. Bu rəqəm yay ayları ilə müqayisədə daha yüksəkdir.

Bundan əlavə, hökumət qeyri-qanuni miqrantların ölkədən çıxarılmasını sürətləndirdiyini, Leyboristlər hakimiyyətə gəldikdən bəri təxminən 50,000 nəfərin deportasiya edildiyini açıqlayıb. Qanunsuz işləmə ilə bağlı reydə alınanların sayı isə rekord həddə çatıb — son bir ildə 8,000-dən çox şəxs saxlanılıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri