“Böyük dayaq” filmi Qəbələ festivalında
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib.
"Yeni Sabah" xəbər verir ki, Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestrinin müşayəti ilə həyata keçirilən bu layihə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gecədə solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva çıxış ediblər. Toyuqlu pizza
Konsert proqramında Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdikləri musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Konti kimi dünya şöhrətli bəstəkarların "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərindən məşhur musiqi əsərləri səsləndirilib. Müxtəlif nəsillərin sevdikləri ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 02 Avqust 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















