Icma.az
close
up
RU
Böyük güclərin diplomatik manevri: Budapeşt görüşü Ukraynanın gələcəyini müəyyən edəcək

Böyük güclərin diplomatik manevri: Budapeşt görüşü Ukraynanın gələcəyini müəyyən edəcək

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Budapeştdə nəzərdə tutulan Putin–Tramp görüşü təkcə iki siyasi liderin dialoqu deyil, qlobal güc balansının növbəti mərhələsini müəyyən edə biləcək strateji hadisə kimi qiymətləndirilir. Bu görüş həm ABŞ–Rusiya münasibətlərində yeni səhifə aça, həm də Avropanın təhlükəsizlik memarlığını yenidən formalaşdıra bilər".

Bu sözləri  Moderator.az- politoloq Ramiz Alıyev deyib. 

Politoloq görüşün Budapeştdə – Orta və Şərqi Avropa üçün geosiyasi simvolizm daşıyan bir paytaxtda keçirilməsinin təsadüf olmadığını vurğulayıb:

“Macarıstanın balanslaşdırıcı siyasəti, Rusiya ilə əlaqələrini qoruya bilməsi və Qərb daxilində fərqli mövqeyi bu görüşü daha da diqqətəlayiq edir. Putin və Trampın görüşü xüsusilə Ukrayna münaqişəsinin gələcəyi baxımından kritik əhəmiyyət daşıyır. Çünki Trampın prezidentliyə qayıtması ehtimalı fonunda ABŞ-ın mövqeyində dəyişiklik perspektivi yaranıb. Əgər Vaşinqton Moskva ilə birbaşa razılaşmaya getməyə hazır olarsa, bu, Ukraynanın danışıqlarda mövqeyini zəiflədə bilər. Tramp artıq açıq şəkildə bildirib ki, uzunmüddətli müharibəni bitirmək üçün “hər iki tərəfin güzəştə getməsi” tələb olunacaq. Bu isə Ukrayna üçün sərfəli olmayan ssenari deməkdir. Kreml isə bu mövqedən istifadə edərək Qərbi öz şərtlərinə yaxınlaşdırmağa çalışır. Deməli, Budapeşt görüşü Ukraynanın gələcək siyasi və ərazi statusunu müəyyən edən ilkin konturların müzakirə oluna biləcəyi bir platforma ola bilər.

Ukrayna Prezidenti Zelenski hazırkı mərhələdə Rusiyanın şərtlərini qəbul etmək niyyətində deyil. O, hesab edir ki, istənilən güzəşt həm daxili legitimliyini sarsıdar, həm də Qərbin dəstəyini azaldar. Lakin real situasiya göstərir ki, Ukraynanın hərbi resursları tükənmək üzrədir, Qərbin dəstəyində isə yorğunluq hiss olunur. Əgər ABŞ və Avropada siyasi prioritetlər dəyişərsə, Kiyev fakt qarşısında qala bilər. Bu halda Zelenskidən yan keçərək Rusiya ilə razılaşma modelinin formalaşdırılması mümkündür. Yəni danışıqlar masasında Ukraynanın rolu formal səviyyəyə enə bilər. Bu baxımdan, Zelenskinin Rusiyanın şərtlərini indi qəbul etməsi ehtimalı az olsa da, geosiyasi zərurət gələcəkdə onu məcbur duruma sala bilər. Budapeşt görüşü bu istiqamətdə psixoloji və diplomatik zəminin yaradılması üçün mühüm addım ola bilər”.

Politoloq hesab edir ki, Putinin bu görüşdən məqsədi çoxşaxəlidir:

“Birincisi, o, ABŞ-dakı siyasi sistemin parçalanmasından istifadə edərək Tramp vasitəsilə Vaşinqtonun rəsmi mövqeyinə təsir göstərməyi hədəfləyir. İkincisi, Kreml Qərbin sanksiya mexanizmini zəiflətməyə çalışır. Trampın sanksiyalarla bağlı tənqidi mövqeyi Moskva üçün əlverişli zəmin yarada bilər. Üçüncüsü, Putin enerji geopolitikasında yenidən Avropaya təsir imkanlarını genişləndirmək niyyətindədir. Budapeşt görüşündə enerji təhlükəsizliyi məsələlərinin gündəmə gələcəyi gözləniləndir və Rusiya öz resurslarını siyasi alət kimi istifadə etməyə davam edəcək.

Digər tərəfdən, Putin belə görüşlərlə özünü hələ də qlobal güc mərkəzlərindən biri kimi təqdim edir. O, beynəlxalq səviyyədə təcrid olunduğu iddialarını təkzib edir və diplomatik aktivlik nümayiş etdirir. Tramp kimi nüfuzlu fiqurla danışıqlar keçirməsi Kremlin “hələ də masadayam” mesajını gücləndirir. Bu, həm daxili auditoriyaya, həm də Qərbə ünvanlanan siyasi siqnaldır. Bundan əlavə, Putin ABŞ daxilində fikir ayrılıqlarını dərinləşdirmək və NATO-nun birliyini zəiflətmək üçün bu cür görüşlərdən istifadə edir”.

“Budapeşt görüşü enerji təhlükəsizliyi və Avropa iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Rusiya qazının yenidən müəyyən formalarda Avropa bazarlarına çıxışı, alternativ enerji marşrutlarının rolu, Çin və Yaxın Şərq amili kimi məsələlər müzakirə edilə bilər. Trampın “Amerika enerji üstünlüyü” yanaşması ilə Putinin “resurs vasitəsilə təsir” strategiyası kəsişdiyi nöqtədə yeni anlaşmalar yaranarsa, Avropanın enerji xəritəsi dəyişə bilər.

Nəticə etibarilə, Budapeşt görüşü Ukrayna müharibəsinin istiqamətini dəyişdirə, sanksiya rejiminin yumşalmasına zəmin yarada, enerji və təhlükəsizlik sistemlərində yeni balans formalaşdıra bilər. Zelenskinin yaxın aylarda daha çətin qərarlarla üzləşməsi mümkündür. Putin isə bu görüş vasitəsilə həm real qazanc, həm də geosiyasi prestij qazanmağa çalışır. Bu səbəbdən Budapeşt görüşü sadəcə diplomatik jest deyil, böyük güclər arasında yeni siyasi “oyunun” başlanğıcı ola bilər”,- deyə politoloq qeyd edib.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri