Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

(əvvəli qəzetin ötən saylarında) 

Sarkozinin hiyləsi haqqında şayiələr

Makron–Benalla skandalı məhz elə bu kontekstdə partlayır... və lap elə bu qalmaqalın birinci günündən Makronun çevrəsində qəribə söz-söhbət gəzməyə başlayır. Deyirlər ki, guya, bu skandalın səbəbi olan “Le Monde” qəzetindəki məqalə Nikola Sarkozinin dövründə əks-kəşfiyyatın keçmiş rəhbəri olan Bernard Sqarçini tərəfindən sifariş verilib. Əslində, böyük əks-kəşfiyyatın keçmiş rəhbəri, bu misli görünməmiş skandalı qaldıran iki məqalə müəllifinin biri ilə qətiyyən yaxşı münasibətdə deyil. Jurnalist Arian Şömən vaxtilə ona xeyli məqalələr həsr edib, özü də bəzən çox kəskin və tənqidi məqalələr... “O məqalə çap olunandan az sonra mənə dedilər ki, guya, o jurnalist qıza videonu mən göndərmişəm. Açığını deyim ki, bunu eşidəndə xeyli güldüm...”, – deyə Sqarçini əlini-əlinə vurub qəhqəhə çəkir. Bununla belə, bu söhbət prezidentin ətrafdakıların arasında çox müzakirə olunur, çünki heç kim inanmaq istəmir ki, “Le Monde” qəzetində gedən material yalnız iki jurnalistin özlərinin apardığı araşdırmanın nəticəsidir... O da düzdür ki, hakimiyyətdə “komlot teoriyası” həmişə hamının canına qorxu salıb. Siyasi liderlərin çoxunda paranoyyaya qarşı real meyil olur.

Ancaq əvvəlcə, Yelisey sarayı bu məsələdə LFİ partiyasının fəallarından və anarxistlərin “qara bloklar” (black blocs) qrupunun üzvlərindən şübhələndi, çünki onlar ikisi də o başıbəlalı 1 May nümayişi zamanı, Parisin 5-ci rayonundakı 
Contrescarpe meydanında idilər. Tezliklə sosial şəbəkələrdə belə bir xəbər yayıldı ki, bəs Benalla çox yaxşı və cəsarətli bir cangüdəndir və bu mühafizəçi 1 May nümayişində “zalım” və “təhlükəli” nümayişçilərin qarşısında qəhrəmanlıq göstərib. Yelisey sarayının rəsmi silah gəzdirənləri, jurnalistlərin yazdıqlarını inkar etməyə risk etməsələr də, Sarkozinin bu işdə əli olduğuna da inanmırlar və onun haqqında gəzən söz-söhbətə fikir vermirlər. Lakin Makroniyada vəziyyət tamamilə başqadır. Şəxsi dairələrdə, eləcə də dövlət başçısının yaxın çevrəsində olan adamlar, prezidentə qarşı komlot hipotezini dəstəkləyirlər. Avqust ayı ərzində Jil Lö Jandr və Rişar Ferran bütün günahları Sarkozinin üstünə atmaqdan çəkinmirlər. Özü də onlar tək deyil. Yelisey sarayında Emmanuel Makron bütün şayiələrdən xəbərdardır. Yayın axırında o, dostları və məsləhətçiləri tərəfindən göndərilən bir xəbərçini şəxsən öz kabinetində qəbul edir. Bu sonuncu Emmanuel Makrona xəbər verir ki, Nikola Sarkozi Daxili İşlər Nazirliyindəki şəbəkəsi vasitəsilə Aleksandr Benallanı Parisin 5-ci rayonunda yerləşən Contrescarpe meydanında tələyə salıb. İşə bax ha! Deməli, belə çıxır ki, hər şey əvvəlcədən ölçülüb-biçilib ki, prezidentin kölgədə olan məsləhətçisi əsəbiləşib özündən çıxsın və polis prefekturasının, turistlərin qaynaşdığı bu meydanda quraşdırılmış kameralarının qarşısında iki nümayişçini dəyənəklə döysün. (!)

Ancaq ortaya məntiqi bir sual çıxır: axı Sarkozinin Aleksandr Benallaya bu şəkildə tələ qurub ona belə hücum etməsində məqsədi nədir? Komlot nəzəriyyəsinin tərəfdarlarının fikrincə, bu skandalı qaldırmaqda məqsəd dövlət başçısını zəiflətməkdir. Niyə bəs indi? Talenin ironiyasına bax ki, elə həmin ərəfələrdə Fransız hakimi Serj Turner tərəfindən verilən mandat əsasında, Londonda həbs olunan Aleksandr Djurinin Fransaya transfer olunması müzakirə edilir. Dekabrda verilən bu mandata görə bu iş adamı (Aleksandr Djuri) “yalan və saxtakarlıqdan istifadədə, aktiv daxili korrupsiyada, aktiv xarici korrupsiyada, qohumpərəstlikdə, çirkli pulların yuyulmasında, dövlət vəsaitlərinin mənimsənilməsində və vergi ödənişində saxtakarlıqda ittiham edilir”. 

Otuz ildən bəri beynəlxalq müqavilələrdə vasitəçilik edən Djurinin çox sirlərdən xəbəri var. Ona görə də nə solçular partiyasından, nə də sağçılar partiyasından heç kim onun məhkəməyə düşməsini, müstəntiqlər tərəfindən dindirilməsini istəmir. 2017-ci ilin iyunundan İnterpol vasitəsilə ona (Aleksandr Djuri) qarşı cinayət işi açılıb və Fransız məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib. Bax, elə buna görə də Djuriyə cinayət işi açılandan altı ay sonra, heç nə olmamış kimi onun Əlcəzairdəki Fransa səfirliyində, Fransa prezidentinin qarşısında peyda olması skandal doğurdu. Səfirlikdəki o qəbuldan bir neçə gün sonra Fransa respublikasının hakimi Turner tərəfindən onun bütün Avropa ölkələrində həbs olunması ilə bağlı mandat verilir. Beynəlxalq axtarış mandatından fərqliolaraq Avropa ölkələrindəki həbs qərarı şəxsən bir hakim tərəfindən verilir. Bu kiminsə başqa bir Avropa ölkəsindən Fransaya klassik transfert xahişi deyil ki, onu kanslerlər həll etsinlər. Bu dəfə cənab Djurinin haqqında Britaniyada ingilis hakimləri qərar verməlidirlər. Britaniya məhkəməsində gedən bir prosesə, Fransanın siyasi hakimiyyət orqanları necə müdaxilə edə bilərlər? 2018-ci ilin yayından təxirə salınan bu iş artıq Britaniya ədalətinin əlindədir. Onların birinci qərarı 2019-cu ilin fevral ayının sonunda verilir: İngilis hakimləri Djurinin Fransaya transferini qəbul edirlər. Mütt əhim apelyasiya məhkəməsinə müraciət edir. Nikola Sarkozidən səs çıxmır. “O elə bil ki, nəsə gözləyirdi. Bizə dedi ki, hər ehtimala qarşı hər şeyə hazır olun”, – deyə Sarkozinin keçmiş həmkarlarından biri etiraf edir. Yayda Benalla skandalı başlayanda, o (Sarkozi) yalnız bu sözləri dedi: “Bu işin axırı pis qurtaracaq!”.

2018-ci ilin sentyabrında Fransada siyasi mühit içində pıqqapıqla su qaynayan böyük bir qazana bənzəyir. Daxili İşlər naziri Jerard Kollombun istefası hamını təəccübləndirir – indi onun yerinə başqa bir adam lazımdır. Kim? Kim olacaq Daxili İşlər naziri? Sağçılar partiyasında, Sarkoziyə sadiq olan Frederik Peşenardın nazir təyin olunması üçün, sözün əsl mənasında, kampaniya başlayır. Sosialist partiyasından olan, ancaq Makronu dəstəkləyən bir deputat sağçıların namizədinə ağız büzür: “Bizi xalq ona görə seçməyib ki, Sarkozinin dostlarını yüksək vəzifələrə gətirək...”. Ancaq buna baxmayaraq, prezident Makron və Baş nazir Eduard Filip, Frederik Peşenardı Yelisey sarayında qəbul edirlər. Keçmiş polis prezidentin və Baş nazirin qarşısında bir sıra şərtlər qoyur. O istəyir ki, Daxili İşlər naziri olanda, dövlət adamı kimi onun hüquqları olsun və ona tam sərbəstlik verilsin. Sonra Peşenard tələb edir ki, ona polisdən başqa jandarm üzərində də tam səlahiyyət verilsin. Yeni hökumətin prezident tərəfindən təyin olunmasından bir gün əvvəl, ölkənin yuxarı siyasi dairələrində hamı elə bilir ki, Frederik Peşenard Daxili İşlər naziri təyin olunacaq. “Hə, axır ki, istədiyimizə nail olduq...”, – deyə Sarkozi yaxın dostlarının yanında özündənrazı halda əllərini bir-birinə sürtür.

Ancaq reallıqda məsələ tam başqadır. Makron Baş naziri ilə birlikdə, digər namizədləri də qəbul edib. Məsələn, prezidentin şəxsən yüksək qiymətləndirdiyi Hollandın vaxtında Yelisey sarayının baş katibinin müavini olmuş Nikola Revel. Ancaq bu məmur Daxili İşlər naziri olmaqdan imtina edir. Prezident başqa nazirlikləri də yaddan çıxarmır, nazirlər kabinetini tamamilə təzələməkdən ötəri İqtisadiyyat nazirliyinə Florans Parlini təyin etməyi planlaşdırır ki, onun apardığı iqtisadi siyasətinə daha çox “solçu” rəngi qatsın. (Florans Parli solçular partiyasındadır) Lakin Baş nazir Eduard Filip prezidentin bu təklifini rədd edir. Çünki çox yaxşı bilir ki, Florans Parli İqtisadiyyat naziri olsa, öz bildiyini edəcək və nazirlikdə bir Baş nazir kimi onun sözü keçməyəcək. Bir tərəfdən də Rişar Ferran ilə Fransua Bayru nə Sarkozinin təklif etdiyi Jerard Darmananın, nə də Peşenardın Daxili İşlər naziri təyin olunmaqlarını istəmirlər... “Bu o demək olacaq ki, Sarkozi yenidən hakimiyyətə qayıdıb”, – deyə onlar bir ağızdan narazılıqlarını bildirirlər. 

Nəhayət, dövlət başçısına yaxın bir adam Kristof Kastaner Daxili İşlər naziri təyin olunur, özü də Loran Nünezin müşayiəti ilə. Bu sonuncunazirliyə dövlət katibi kimi göndərilsə də, onun əlində hələ ki, böyük ixtiyar yoxdur. Çünki onun nə öz komandası var, nə də fərman verməyə icazəsi. Nazirlikdəki hər şey yeni kabinet direktoru, prefekt, Emmanuel Makronun yaxın dostu, 2017-ci ilin yayında onu Marsel şəhərindəki iqamətgahında qəbul edən Stefan Buyyonun əlindədir. Bu sonuncu da yekdilliklə həm sağçılar, həm də solçular tərəfindən dəstəklənir. O, Mişel Rokard (1988–1991 illərdə Baş nazir) Lionel Jospa (1997–2002 illərdə Baş nazir), Fransua Fiyyon (2007–2012 illərdə Baş nazir) kimi Baş nazirlərin kabinetində çalışıb, hətt a Klod Qeant Daxili İşlər naziri olanda, onun kabinet direktoru olub. Stefan Buyyonun yenidən Daxili İşlər Nazirliyinə qayıtması, burada çoxdan lövbər atıb keçmiş sosialistlərin, eləcə də Sarkozinin şəbəkəsinin ürəyincə olur. 2019-cu ilin mart ayını gözləmək lazım gələcək ki, sarıjiletlilərin ölkədə qalmaqal saldıqları dövrdə Paris polisinin prefekti Mişel Delpüş vəzifəsindən azad edilsin. Bu da Benalla məsələsindən sonra Makronun Parisin polis prefekturasını öz nəzarəti altına almasının başqa bir yoludur.

(ardı var)

Mark Endeveld

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri