Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Böyük manipulyator”

“Böyük manipulyator”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

(əvvəli qəzetin ötən saylarında) 

Brijit Makronun nüfuzlu tanışlarının siyahısına bir adamı da əlavə etmək lazımdır – Jak Att ali. Brijit, əvvəl onu Emmanuellə tanış edir. Sonra Fransua Mitt eranın bu keçmiş məsləhətçisindən xahiş edir ki, onun gənc ərini Fransua Holland ilə görüşdürsün. Elə bu dövrlərdə Makronlar cütlüyü sonradan Emmanuelin yaxın dostuna çevrilən, sənayeçi Henri Hermanddan mənəvi dəstək və maliyyə yardımı alır. Geniş ictimaiyyətə o qədər də məlum olmayan, 1924-cü ildə kiçik bir tacir ailəsində doğulan, hal-hazırda milyonçu olan bu adam vaxtilə Mişel Rokard (keçmiş Baş nazir) üçün də maliyyə dəstəkçilərindən biri olub. Makron onunla 2002-ci ildə Bove prefekturasında ilk dəfə staj keçəndə tanış olub. Bu iki şəxs çox tez bir zamanda yaxın dostlara çevrilirlər. Aralarındakı yaş fərqinə baxmayaraq Makron hər yerdə deyir ki: “O mənim ən yaxın dostumdur...”. Hermand, həqiqətən də gənc dostu üçün şəxsi telefon kitabçasını açır və bir neçə il sonra onu Mişel Rokard ilə görüşdürür. 2007-ci ildə Brijit ilə nikah kəsdirəndə, Emmanuel ona şahid olmağı təklif edir. “Bu sevgililər çox çətin sınaqlardan keçiblər”, – deyən bu yaşlı adam 2015-ci ildə bizə etiraf edir ki: “Emmanuelə Brijitlə evlənməyi mən məsləhət gördüm...”. Qəribə etirafdır... Onların toy mərasimi Tuket kurortunda, lüks Vestminster hotelində təşkil edilir. Bu dəbdəbəli toyun xərcinin xeyli hissəsini, səxavətli miyoner, bəyin dostu Henri Hermand çəkir. Emmanuel ilə Brijit ilk mənzillərini alanda da qoca milyonçu onlara 550 000 avro məbləğində borc verir.

Hakimiyyətə aşiq olanlar

“Emmanuel Makronu başa düşmək üçün başlıca şərt onun arvadı Brijitdir. Bu qadının ərinin yanında xüsusi və çox mühüm bir rolu var...”, – bu sözləri 2014-cü ildə gənc maliyyə müfəttişini neçə illər əvvəl tanıyan, biznes sahəsində əvəzsiz məsləhətçi sayılan Alan Mink deyir. O zamanlar Brijit Makronun, ərinin siyasi karyerasında nə qədər əhəmiyyət kəsb etdiyini yalnız onları çox yaxından tanıyan adamlar bilirdi. 2014-cü ilin yayında Alan Minkin evində təşkil olunan şam yeməyi zamanı Fransanın gələcək birinci xanımı stol arxasındakılara müraciətlə deyir ki: “Mənim ərim prezidentliyə namizədliyini 2017-ci ildə verməlidir...”. Stol arxasında oturanların bir çoxu ona məsləhət görür ki, yaxşısı budur Emmanuel 2022-ci ili gözləsin, çünki hələ çox gəncdir. “...yox biz 2022-ci ilə qədər gözləyə bilmərik. Çünki bizdə böyük problem var. O problem də mənəm, mənim sir-sifətimdi... Ona görə də biz tələsməliyik”, – deyə gələcək birinci xanım qətiyyətlə cavab verir.

Brijit ilə Emmanuel həm emosional tərəfdən bir-birinə bağlıdırlar, həm də siyasi tərəfdən. Onlar hakimiyyət cütlüyüdürlər. Onlar birlikdə siyasi mövzuları müzakirə edir, fikir mübadiləsi aparır və bir-birinə məsləhət verirlər. Elə olub ki, onlar bütün gecəni səhərə qədər yatmayıb ölkədəki sosial təminat problemini müzakirə ediblər. Amma Emmanuel Makron diqqət mərkəzində olanda, həyat yoldaşı çalışır ki, ona kölgə salmasın. Belə anlarda Brijit arxa planda qalmağı üstün tutur. Hələ əvvəllər əyalətdə – Amiyən şəhərindəki liseydə, Brijit Emmanuelin dram müəllimi olanda ona həmişə baş rollar verirdi. Mediadan və siyasi arenadan kənar işlərdə Brijit yalnız ərini bir həyat yoldaşı kimi dəstəkləyir... İqtisadiyyat Nazirliyində Brijit nazir ərinin professional həyatında yaxından iştirak edir. Ancaq nazir “Times” qəzetinə müsahibəsində qeyd edir ki, “həyat yoldaşım nazirlikdən maaş almır. Onun İqtisadiyyat Nazirliyində heç bir rəsmi funksiyası yoxdur”. Makronun ətrafındakılar da mətbuatda bir ağızdan deyirlər ki: “düzdür, nazirin arvadı rəsmi iclaslarda iştirak edir, ancaq sadəcə olaraq, ərinin gündəlik iş cədvəlini daha yaxşı idarə etmək üçün...”.

Əslində isə hər şey tərsinədir. Brijit Makron İqtisadiyyat Nazirliyində hər şeyə burnunu soxur, hər işə qarışır, hər məsələ barəsində öz fikrini bildirir: kimi hansı vəzifəyə götürmək lazımdır, kimi hansı işdən uzaqlaşdırmaq lazımdır... o, hətta siyasi və iqtisadi strategiya ilə bağlı da öz fikirlərini deməkdən çəkinmir. (!) 2016-cı ilin yayında Hərəktdə! hərəkatı təzə-təzə relsə düşəndə və İqtisadiyyat naziri Makron istefa verib-verməmək haqqında götür-qoy edəndə, ətrafındakılara deyir: “Heç bilmirəm istefa verim, ya yox? Görəsən, altı aydan sonra prezident seçilə bilərəm? Deyirəm, bəlkə, hələ tezdir... heç indi istefa verməyim...

2022-ci ili gözləyim?..”. O vaxt Brijit onu dilə tutur ki, hökmən 2017-ci ildəki prezident seçkilərinə namizədliyini irəli sürsün. Gələcək birinci xanım medianın ərinə təzyiqini, ona olunan şəxsi və siyasi hücumları o qədər də vecinə almır. Onların yaxın dostlarından biri etiraf edir ki, “bu ər-arvad sözün əsl mənasında hakimiyyətə aşiqdirlər”.

Narkotik kimi bir şey

Bu ümumi atmosfer, bu zirvələri fəth etmək iştahı, kimlərdənsə intiqam almaq arzusu, bəziləri demişkən, kimlərəsə yanıq vermək istəyi onları get-gedə bir-birinə daha çox bağlayır. Bu cütlük yaxşı tapışıb. Emmanuel Makron hər yerdə təkrar edir ki: “Brijit mənəm... mən də Brijit”.

“Onlar iki bədəndə bir qəlbdirlər”, – deyə bu cütlüyün yaxın dostlarından biri rişxəndlə gülür. Onların başqa bir yaxın adamı ehtiyatla bizə dedi ki: “Brijitin siyasi ambisiyası Emmanuelinkindən daha çoxdur”. Seçki kampaniyası zamanı bunu hamı hiss etdi. Odur ki, onların yaxın çevrəsində olan adamlardan biri daha dəqiq analiz verir: 

“Emmanuel fenomenini Brijit yaratdı. Onda prezident olmağa həvəs oyadan, ona ilham verən, onda hakimiyyətə istək aşılayan, bir sözlə, onu adam edən Brijit oldu. Onun taleyini də Brijit yazdı. Ona görə də, Emmanuel hər şeyə görə ona borcludur...”. Prezident seçkilərinin birinci turundan sonra Emmanuel Makron, kampaniyasının bütün üzvləri qarşısında arvadına bu sözlərlə təşəkkür edir: “... Brijitə, birinci növbədə həmişə yanımda olan Brijitə təşəkkür edirəm... Onsuz mən, mən olmazdım...”. Onun bu sözlərindən sonra seçki kampaniyasının üzvlərindən biri yanındakına tərəf əyilib istehza ilə pıçıldayır: “Makronun həyatını kim idarə edir? Özü, yoxsa arvadı?”.

Həyat yoldaşı çox nadir insanlardan biridir ki, Emmanuel Makron onu, həqiqətən, diqqətlə qulaq asır və ona yüz faiz etibar edir. Hər ikisinin xasiyyəti ağır olduğundan, hər ikisi tərs, ancaq öz dediyini eləyən adam olduğundan, onlar həqiqəti bir-birinin üzünə kobud şəkildə, filtrdən keçirmədən deməyi bacarırlar. Brijit Emmanueli əks etdirən güzgüdür. Emmanuel ona baxıb özünü görür. Arvadı onun üçün narkotik kimi bir şeydir. Seçki kampaniyasının pərdə arxasında, mərkəzi siyasi rolu əsasən Brijit oynayır. O, ətrafına “dostlarından” ibarət başqa bir kampaniya yığıb, paralel olaraq onlarla da təşviqat aparır. Onun dostları arasında “Challenges” qəzetinin jurnalisti Brüno Roje-Peti, eləcə də Bertrand Dele kimi siyasətçi var. Teleqram elektron-mesaj platforması vasitəsilə onlar Brijitə hansı strategiyanı tutmaq və necə inkişaf etdirmək haqında məsləhətlər verirlər. Arvadının “dostları” öz qəhrəmanlarının mediadakı imicini qaldırmaq və seçicilərlə görüşlərini planlaşırmaqla məşğul olur. 2016-cı ilin payızında Brijit Makron ərinin öz prezidentlik macəraları haqqında yazıb çapa hazırladığı Revolution (İnqilab) kitabının əlyazmasını dəfələrlə oxuyur, bəzi hissələrini dəyişdirir, bəzi fəsilləri yerli-dibli dəyişib özü bildiyi kimi yazır. Arvadı Emmanuel Makronun bir çox çıxışlarını da, necə deyərlər, redaktə edir, bəzi hissələrini pozur, bəzi hissələrini artırır. “Brijit ərinin prezident kampaniyası vaxtı təşviqat sisteminin döyünən ürəyi idi”, – deyə onlara könüllü kömək göstərən seçicilərdən biri etiraf edir. Hətta həddindən artıq vacib və siyasi cəhətdən həssas məsələlərdə belə Brijit şəxsən özü qərar qəbul edir, məsələn, namizədin xarici ölkələrə səfərləri, hansı ölkənin prezidenti ilə nə vaxt görüşməyi, onunla hansı problem barədə danışmağı arvadı ona məsləhət görür. Seçkilərin ikinci turundan sonra Brijit prezident seçilən ərini də yanına alıb axırıncı dəfə seçki kampaniyasının baş qərargahına baş çəkir, kampaniyanın hər bir üzvünə seçkilər zamanı göstərdikləri köməyə görə ayrı-ayrılıqda təşəkkür edir.

(ardı var)

Mark Endeveld

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri