Böyük plan işə düşür: Dünya liderləri Vaşinqtona çağırıldı Görüşdən bir gün öncə...
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Axios” portalının məlumatına görə, Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma üzrə Sülh Şurası iştirakçılarının görüşünü keçirmək niyyətindədir.
Nəşr yazır ki, bu, Sülh Şurasının ilk görüşü və Qəzza zolağının yenidən qurulması üçün vəsait toplanması üzrə konfrans olacaq. İddiaya əsasən, Vaşinqton artıq administrasiyası fevralın 6-dan bir çox ölkənin liderlərini dəvət edilməsi və logistika məsələlərinin müzakirəsi üçün təmaslara başlayıb. Həmin dövlətlərin siyahısı isə açıqlanmayıb.
Lakin görüşün keçirilməsi ilə bağlı planların dəyişə biləcəyi də deyilir. Həmçinin ABŞ Prezidenti Donald Trampın fevralın 18-də İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcəyi gözlənilir.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, şuranın tərkibi Tramp administrasiyasının münaqişələrin həllində ənənəvi diplomatik yollardan daha çox “biznes-layihə” modelinə üstünlük verdiyini göstərir:
“Burda məqsəd təkcə Qəzzanı bərpa etmək deyil, həm də anklava investisiya cəlb edərək yeni bir meqapolis qurmaqdır. Konfransın ən əsas səbəbi də bunun üçün ərəb ölkələri və beynəlxalq maliyyə donorlarını investisiya yatırımına cəlb etməkdir. Şuranın iclası öncəsi Trampın Netenyahu ilə görüşü də kompromis məqsədi daşıyır.
Zeynal Əmrəliyev
Tramp çalışacaq ki, Sülh Şurasında müzakirə ediləcək məsələlər üçün İsrail razı salsın. Ağ Ev rəhbərinin planında Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi bəndi var. Bu, İsrail ordusunun birbaşa nəzarətini azaltmaq, lakin təhlükəsizlik boşluğunu “dost” ölkələrin (ehtimal ki, ərəb ölkələri və ya xüsusi koalisiya) yardımı ilə doldurmaq məqsədi daşıyır. Trampın qarşısında hazırda 3 plan durur.
Birincisi, Qəzzanın yenidən bərpası üçün investisiya axınının cəlb etmək;
İkincisi, HƏMAS-ı idarəçilikdən tamamilə uzaqlaşdırmaq;
Üçüncüsü isə yerli idarəçiliyi formalaşdırmaq.
Məlumatda qeyd olunan ən maraqlı məqam Sülh Şurasının gələcəkdə digər regionlardakı münaqişələrlə də məşğul olacağı ehtimalıdır. Bu, ABŞ-ın BMT-dən asılı olmayan və ya ona alternativ yeni bir beynəlxalq qurum yaratmaq niyyətindən xəbər verir.
Nəticə etibarilə, fevralın 19-da keçiriləcək görüş Vaşinqtonun Yaxın Şərqdə yeni nizam yaratmaq istəyinin ilk ciddi sınağı olacaq. Bu, Trampın “İbrahim sazişləri”ndən sonra ən böyük regional layihəsi hesab edilə bilər”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 08 Fevral 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















