Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Böyük Qayıdış: İnsan öz evini dağıtmaz, qurar Qarabağ bizim evimizdir

Böyük Qayıdış: İnsan öz evini dağıtmaz, qurar Qarabağ bizim evimizdir

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan sonra həmin ərazilərdə bərpa və  geniş quruculuq işlərinə başlanıldı.

Bakıvaxtı.az xatırladır ki, Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu prioritetlərə söykənən, Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət Proqramı hazırlanıb. 2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilib.

Nəticə etibarilə artıq 2022-ci ildən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, öz ata-baba torpaqlarına "Böyük Qayıdış"ı başlanıb. Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. Bundan başqa, dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Hazırda azad edilmiş ərazilərdə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark” və s. müəsissələr fəaliyyət göstərir. Proqram çərçivəsində ərazidə olimpiya İdman Komplekslərinin və Gənclər Evlərinin inşası da nəzərdə tutulub. Ərazilərdəki yaşayış məntəqələrində “ASAN Xidmət” və “DOST” mərkəzləri yaradılacaqdır. Ümumilikdə 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada ümumilikdə 34500 ailənin köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin sonuna qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.

"Böyük Qayıdış" proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.

Bəs görəsən, "Böyük Qayıdış" proqramı çərçivəsində atılan addımlar ölkə iqtisadiyyatının və sosial rifahın inkişafına necə təsir edir?

Yusif Bağırzadə: Azərbaycan azad olunan torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki,  işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Artıq bir neçə ildir ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etmək üçün Qarabağda və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri aparılır:

"30 il müddətində daşı daş üstdə qalmayan, uçurulub dağıdılan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. İşğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir. İnsanlar doğma yurd-yuvalarına fəxr və sevinc hissi ilə dönürlər”.

Müsahibimiz bildirib ki, qısa zaman kəsiyində görülən işlər, hava limanlarının açılması, şəhər və rayonlarımızın baş planının təsdiq lunması və baş plana uyğun fəaliyyətin təşkili, infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır".

Politoloq əlavə edib ki, müharibənin başa çatmasından sonra dünyada hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit siyasi durumu nəzərə alan analitiklər bu bölgədə böyük layihələrin həyata keçirilməsi bir yana, insanların məskunlaşmasını belə yaxın onillik üçün real görmürdülər. Amma nəticə göz qabağındadır. Azərbaycan dövlət olaraq hər kəsə bunun mümkünlüyünü sübut edərək bütün bədbin proqnozları darmadağın etməyi bacardı.

Artıq Zəngilan, Füzuli, Laçın, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi və digər ərazilərimizdə Böyük Qayıdış proqramına uyğun olaraq yaşayış təmin olunub.

"Təkcə elə ötən ay ərzində Prezident İlham Əliyevin Ağdam və Xocalıya səfəri çərçivəsində bir sıra obyektlərin açılışını həyata keçirməsi, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışını etməsi, Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak etməsi, Xocalıda kərpic zavodunun açılışını gerçəkləşdirməsi, eləcə də Xocalının Xanyurdu və Təzəbinə kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olaraq sakinlərlə görüşləri keçirilib. Bu, Böyük Qayıdış planı çərçivəsində işğaldan azad edilən ərazilərə köçürülmüş vətəndaşlar arasında həqiqətən də dərin razılıq hissi və böyük ruh yüksəkliyi yaradıb. Onu da qeyd edim ki, bu qayıdış prosesi təkcə insanımızın öz yurdlarına qayıtmasını ehtiva etmir, həm də onların yaşayışının təmin edilməsi istiqamətində də mühüm addımlar atır. Müxtəlif sosial paketlərin təsdiq olunması, güzəştlər, məşğulluq imkanlarının təmin edilməsi bunun bariz sübutudur. Nəticə etibarilə tam məsuliyyəti ilə deyə bilərik ki, Azərbaycan olaraq strateji hədəflərimizi ardıcıl olaraq reallaşdırmaqla Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir".

Samir Hümbətov: “Böyük Qayıdış” proqramı çərçivəsində atılan addımlar ölkə iqtisadiyyatını dirçəldəcək

Politoloq Samir Hümbətov öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Böyük Qayıdış layihəsi Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra başlatdığı və 2040-cı ilə qədər davam edəcək genişmiqyaslı layihədir. Layihə çərçivəsində 1 milyona yaxın məcburi köçkünün öz yurd-yuvalarına qaytarılması üçün böyük işlər həyata keçirilir.

"Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən təxminən 1 milyondan da artıq minalar basdırılmışdı. Bu minalar piyada və tank əleyhinədir. Ona görə də həmin ərazilər minalı ərazi kimi dəyərləndirilir. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) digər dövlətlərin dəstəyilə ərazinin minalardan təmizlənməsi prosesini həyata keçirir. Təbii ki, bu proses uzunmüddətli olacaq. Çünki minaların zərərsizləşdirilməsi asan məsələ deyil. Eyni zamanda Qarabağda infrastrukların qurulması, kənd və qəsəbələrin salınması, iş yerlərinin açılması və məcburi köçkünlərin daha rahat şəraitlə təmin olunması Azərbaycan dövlətinin qarşısında duran məsələlərdən biridir. “Böyük Qayıdış” layihəsinin həyata keçirilməsi üçün milyard manatlarla vəsait xərclənir. Artıq Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Füzuli, Ağdam və digər ərazilərə insanların köçü baş tutub. Minadan təmizlənən ərazilərdə isə sürətli bərpa və yenidənqurma işləri aparılır".

S.Hümbətov hesab edir ki, “Böyük Qayıdış” proqramı çərçivəsində atılan addımlar ölkə iqtisadiyyatının dirçəlməsinə təkan verir. Çünki vətəndaşlarımızın yeni iş yerləri ilə təmin olunması iqtisadi imkanları formalaşdırır. Digər tərəfdən isə sosial rifaha təsirsiz ötüşmür.

Fikrət Yusifov: Azad edilmiş bölgə regionun ən önəmli turizm mərkəzlərindən birinə çevriləcək

Bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızın böyük bir tikinti meydanını xatırlatdığını qeyd edən sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu torpaqlara səfər edən hər kəs bunu əyani şəkildə görüb, dəyərləndirə bilər. Onun sözlərinə görə, biz bu gün ermənilərin 30 il işğal altında saxlayaraq daşı-daş üzərində qoymadıqları torpaqlarımıza yeni həyat gətiririk. Yaşayış məntəqələri və bu məntəqələrdə mənzillər tikilib ərəsəyə gəldikcə, vaxtilə bu torpaqlardan didərgin düşmüş soydaşlarımız öz ana yurdlarına qayıdırlar:

"Təbii ki, bütün bu işlər Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixində imzaladığı sərəncamla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Bu nəhəng quruculuq işlərinin aparılmasının bir xüsusi məqamı ondan ibarətdir ki, bu işlərin maliyyələşməsini Azərbaycan hökuməti həyata keçirir. Bizə dost olan ölkələrin işğaldan azad olunmuş torpaqlarımızda bir neçə sosial obyektlər tikməsi istisna olmaqla, qalan bütün işlər Azərbaycan dövlətinin resursları hesabına aparılır. Dövlət Proqramının uğurla icra edildiyi və hələ onun icrasının başa çatmasına bir ildən artıq vaxt qalmasına baxmayaraq, Azərbaycan Prezidenti artıq bu ilin 30 may tarixində "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında Sərəncam imzalayıb. Heç şübhəsiz Böyük Qayıdışa dair ikinci Dövlət Proqramı qarşıdakı illərdə işğaldan azad olmuş torpaqlarımızda aparılan quruculuq işlərinin sürətlə davam etməsinə xidmət edəcək".

F.Yusifov qeyd edib ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş torpaqlara böyük qayıdışla yanaşı, bu bölgələrimizdə iqtisadiyyatın aidiyyatı sahələrinin bərpa olunmasına da xüsusi önəm verir. Bu, bir tərəfdən öz ana yurdlarına dönmüş insanların iş yerləri ilə təmin olunması deməkdirsə, digər tərəfdən bölgənin iqtisadiyyatının yenidən formalaşması deməkdir.

"Biz 30 il ərzində işğal altında qalmış 20% torpaqlarımızda ölkəmizin iqtisadiyyatının ən azından 20%-ni də itirmişdik. İndi insanlarımızın geriyə qayıdışı ilə paralel olaraq regionda iqtisadiyyatın bərpası prosesi gedir. Heç şübhəsiz zəngin təbii ehtiyatlara və füsunkar təbiətə malik olan bu torpaqlarda yetərincə istehsal və xidmət müəssisələri qurulacaq və bölgə bütövlükdə yerləşdiyimiz regionun ən önəmli turizm mərkəzlərindən birinə çevriləcək. Torpağa həyatı verən onun sahibi ola bilər. Biz bu quruculuq işləri ilə eyni zamanda torpaqlarımızda 30 il barbarlıq etmiş ermənilərə və onların dünyadakı havadarlarına göstərdik ki, Qarabağ bizim evimizdir, Qarabağ bizim vətənimizdir. İnsan öz evini dağıtmaz, onu qurar. Dağıtmaq isə yadın, düşmənin işi ola bilər".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri