Icma.az
close
up
RU
Böyük Zəfərin əbədi qəhrəmanları Ədəbiyyat Muzeyində elmi seminar

Böyük Zəfərin əbədi qəhrəmanları Ədəbiyyat Muzeyində elmi seminar

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən və Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 27 Sentyabr tarixinin ölkə təqvimində ən vacib və əlamətdar günlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir.

"Böyük Zəfərin əbədi qəhrəmanları" mövzusunda məruzə ilə çıxış edən akademik Rafael Hüseynov II Qarabağ müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığı qeyd edib. O, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edib. Bildirib ki, onların döyüş meydanında göstərdikləri misilsiz şücaətlər, fədakarlıqlar və qəhrəmanlıq hekayələri gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.

Alim ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının, məcburi köçkünlərin köçkünlük həyatının başa çatmasının və onların doğma yurdlarına qayıtmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Direktor qeyd edib ki, İkinci Qarabağ müharibəsi dünya miqyasında hərbi, geosiyasi, texnoloji və hüquqi aspektlərdən ən çox araşdırılan və şərh olunan müasir münaqişələrdən biridir. Dünyanın aparıcı beyin mərkəzləri, hərbi akademiyaları və siyasi analitikləri bu müharibəni XXI əsrin yeni nəsil müharibə modeli kimi qəbul edir və onun mahiyyətini müxtəlif prizmalardan təhlil edirlər.

Akademik Rafael Hüseynov vurğulayıb ki, Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid olub.

“Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə 27 Sentyabr - Anım Günü deyil, həmişə ehtiramla yad edir. Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsi daim millətimizin qəlbində yaşayır və yaşadılacaq. Gün gələcək onların hər biri haqqında filmlər çəkiləcək, kitablar yazılacaq, musiqilər, opera əsərləri, romanlar və povestlər yaradılacaq”, - deyə akademik Rafael Hüseynov əlavə edib.

Tədbirdə digər çıxış edənlər Vətən müharibəsi tarixinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, şanlı Ordumuzun gücü və qüdrətindən danışıblar.

Fotoqraf – Azər İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri