Icma.az
close
up
RU
Böyükhesablı qələbə qazan və Litvaya azarkeşlik et! yığmanın qrup birincisi olması üçün formul

Böyükhesablı qələbə qazan və Litvaya azarkeşlik et! yığmanın qrup birincisi olması üçün formul

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Millətlər Liqasının C liqasının 4-cü qrupunda Monteneqroya qarşı keçirilən oyunda “sülh”ə razılaşan qadın futbolçulardan ibarət yığma şəriksiz lider olmaq şansını əldən verdi. Səfərdən bir xalla qayıdan komanda indiyə qədər dünən qarşılaşdığı rəqibiylə eyni sayda - 5 xal toplayıb.

Bəs, Siyasət Əsgərovun komandasının yarışı qrup lideri kimi başa vurmaq şansı nə dərəcədə böyükdü? “Football-plus.az” bu suala cavab tapmağa çalışdı.
Əvvəlcə turnir cədvəlinə nəzər salaq.
1. Monteneqro 3 2 1 0 4-2 5
2. Azərbaycan 3 2 1 0 3-1 5
3. Litva 2 0 0 2 1-5 0

Göründüyü kimi, Monteneqroyla millimizin bütün göstəriciləri eynidi. Həmçinin bu komandaların bir-biriylə qarşılaşdığı hər iki matçda qalib müəyyənləşməyib – 0:0, 1:1. Deməli, liderlik yarışına son iki matçdan sonra aydınlıq gələcək. Söhbət aşağıdakı oyunlardan gedir:
30 may. Azərbaycan – Litva
3 iyun. Litva – Monteneqro

Burda millimiz üçün sərf edən və etməyən məqamlar var. Yığmamızın “doğma divarlar” arasında meydana çıxması, Litvanın bir qədər yol yorğunu olması bizim üçün müsbət məqamdısa, qonaqların ilk oyununu millimizə qarşı keçirməsi Monteneqro üçün sərfəlidi. Çünki bu komanda dörd gün əvvəl oyun keçirən və Azərbaycan səfərindən qayıtdığı üçün xeyli yorğun olacaq rəqibə qarşı oynayacaq. Həmçinin artıq Azərbaycan – Litva matçının nə ilə bitdiyi bəlli olacağından hansı nəticənin məqsədəuyğun olduğunu biləcək.
Düzdü, Litvanın çox böyük şücaət göstərərək, hər iki rəqibi məğlub etməsi ehtimalı da var. Lakin yarış ərzində xeyli zəif görünən Baltikyanı ölkə təmsilçisinin belə möcüzəyə imza atmaq iqtidarında olmadığı bəllidi. Bununla belə, millimiz Litvayla oyunda mütləq qələbə qazanmaqla yanaşı, bacardığı qədər qol vurmalıdı. Mümkün qələbə nə qədər böyükhesablı olsa, o qədər arxayın olacağıq.
Hər halda, şansımız var. Bizə lazım olan millinin böyükhesablı qələbəsidi. Ardından hamı bir nəfər kimi Litvaya azarkeşlik etməliyik.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see202

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see152

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri