BP ACE platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı "Azəri Mərkəzi Şərqi" (ACE) platformasından yeni hasilat quyusunun qazılmasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris məlumat verib.
"Ötən il ACE platformasından üç hasilat quyusu qazılıb. Hazırda dördüncü quyunun qazılmasına başlanılıb, cari ilin sonuna qədər artıq səkkizinci quyunun qazılmasını həyata keçirməyi planlaşdırırıq", - o, Bakıda keçirilən “IADC Drilling Caspian 2025” beynəlxalq konfransında bildirib.
R.Morris həmçinin qeyd edib ki, BP ACE platformasında qazın vurulması üçün bir neçə quyu qazmağı planlaşdırır.
"ACE platformasında lay təzyiqini saxlamaq məqsədilə qazın vurulması üçün bir neçə quyu qazmağı planlaşdırırıq. Bundan əlavə, şlamın təkrar vurulması (CRI) üçün quyunun qazılması nəzərdə tutulur ki, bu da səmərəliliyin artırılması və tullantıların optimal idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Fevral 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















