Icma.az
close
up
RU
BQXK Azərbaycan xalqının yaddaşında ədalətsiz, ermənipərəst qurum kimi qalacaq

BQXK Azərbaycan xalqının yaddaşında ədalətsiz, ermənipərəst qurum kimi qalacaq

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandıracağı barədə xəbər yayılması gözlənilən idi. Çünki hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinin fəaliyyətinə heç bir xüsusi ehtiyac qalmayıb. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən və Cənubi Qafqazda yeni reallıqların formalaşmasından sonra BQXK-nin istər ölkəmizdə, istərsə də regionda fəaliyyətini zəruri edən səbəblər tamamilə artıq aradan qalxıb.
Bu ermənipərəst təşkilat əslində lap çoxdan Azərbaycanı tərk etməliydi. Ona görə ki, bu təşkilat öz səlahiyyətlərini aşaraq Azərbaycan ərazisində bəzi qanunsuz işlər görməklə öz obyektivliyini və etibarlılığını itirmiş və özünü diskreditasiya etmişdi. Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci ilin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində ofis açmışdı. BQXK bu ofisini hətta 44 günlük müharibədən sonra da bağlamaqdan hər vasitə ilə imtina edirdi. Bu, sözügedən beynəlxalq qurum tərəfindən Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar saymamazlıq idi.
Qırmızı Xaç Komitəsi, həmçinin 2020-2023-cü illər arasında "humanitar missiya" adı altında qaçaqmalçılıqla məşğul olaraq Qarabağdakı keçmiş separatçı qurumun qanunsuz fəaliyyətinin dəstəklənməsində və erməni terrorçularının silahlandırılmasında bilavasitə iştirak edirdi. Xatırlayırsınızsa, 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus təcili tibbi yardım maşınlarında qanunsuz yolla müxtəlif növ qaçaqmalın Xankəndiyə keçirilməsi cəhdinin qarşısını almışdılar. BQXK-nin bu cür riyakar hərəkəti həm Azərbaycan qanunlarının kobud şəkildə pozulması, həm də təşkilatın özünüifşasının təsdiqi idi.
Eyni zamanda, BQXK-nin əməkdaşları quruma olan etimaddan sui-istifadə edərək, Ermənistanın xeyrinə müəyyən casusluq fəaliyyətləri ilə də məşğul olurdular. Bu barədə də bir sıra faktlar dövri mətbuatda ictimailəşib. Bir sözlə, BQXK beynəlxalq qurum yox, ermənilərin yaratdığı təxribatçı təşkilat kimi fəaliyyət göstərirdi. Bu təşkilat bütün imkanları ilə işğalçı Ermənistanın və Qarabağdakı keçmiş separatçı rejimin maraqlarına xidmət edirdi. Ona görə də biz bu təşkilatın münaqişə dövründə Azərbaycan üçün nəsə yaxşı bir iş gördüyünü xatırlamırıq. Bu baxımdan, BQXK Azərbaycan xalqının yaddaşında ədalətsiz, ermənipərəst qurum kimi qalacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 İyun 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri