Icma.az
close
up
RU
BQXK nin də SONU ÇATDI Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?

BQXK nin də SONU ÇATDI Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Azərbaycan Hökumətinin qərarı ilə, 3 sentyabr 2025-ci il tarixində ölkəmizdəki nümayəndəliyini bağlayır.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirilib.

Məlumatda deyilir ki,  BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.
BQXK-nin Bakı ofisi niyə bağlandı?
BQXK-nin Bakı ofisi Azərbaycan hökumətinin təklifi ilə bağlanıb. Səbəbsə çox sadədir. Humnitar təşkilat olan BQXK siyasi fəaliyyət göstərir, birtərəfli və qərəzli mövqedən çıxış edir.
 

Nəzərə alaq ki, ölkəmizdə son zamanlara qədər qurumun iki ofisi olub. Biri Bakıda, digəri isə Xankəndində. Çox qəribədir ki, BQXK-nin Xankəndindəki ofisi 34 il ərzində Bakıyla əməkdaşlıqdan imtina etmişdi və qurumun İrəvandakı ofisi ilə birgə çalışırdı.


Təbii ki, təşkilatın Xankəndi ofisi kifayət qədər aktiv idi. Bu aktivliksə humanitar sahədə deyil, siyasi sahədə idi. Təşkilat bir qayda olaraq siyasi bəyanatlar verir, Azərbaycanla təzyiq dilində danışmağa çalışırdı. Azərbaycan dəfələrlə məsələ ilə bağlı öz iradlarını bildirsə də BQXK bütün çağırışları qulaqardına vurdu. Ona görə də ilkin olaraq 2024-cü ilin aprelində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisi bağlanıb. Bu günsə təşkilatın Bakı ofisi öz fəaliyyətinə xitam verib.
BQXK son 30 ildə nə ilə məşğul olub?
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2000-ci illərin əvvəllərində nəinki Azərbaycanla razılaşdırmadan, heç Bakıya xəbər vermədən Xankəndidə Ofisin açdı. Bunun üçün hətta Xankəndindəki separatçı qurumla saziş də imzaladı. Ötən illər ərzində Xankəndi ofisi Bakı Ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olub. Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, “Biz müstəqil, qərəzsiz, bitərəf təşkilatıq” iddiası ilə BQXK Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırdı.
Halbuki, BQXK heç vaxt müstəqil təşkilat ola bilməz. Çünki o, İsveçrənin bir qeyri-hökumət təşkilatıdır. Üstəlik təşkilatın maliyyə təminatı ayrı-ayrı ölkələr tərəfindən ödənilir. Bu da o deməkdir ki, BQXK donor dövlətlərin sifarişli vəkilidir.
Yəni, təşkilat tərəfindən istənilən addım donor dövlətlərin razılığı ilə atılır.
Məlum olduğu kimi BQXK humanitar təşkilatdır. Tərəfsizliyi və humanist prinsipləri özünə deviz edən qurum dünyanın fəlakət və qaynar bölgələrində fəaliyyət göstərir. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra BQXK bölgəyə gəlib.

Lakin bu qurum bölgədəki fəaliyyəti dövründə bir qayda olaraq öz ali prinsiplərinə xəyanət edib. Birinci Qarabağ müharibəsində BQXK sözün hər mənasında ermənilərin dəstəkçisi olub. Hələ 1990-cı illərdə Qarabağa silah-sursat daşınmasında Komitənin heyəti ermənilərə böyük ölçüdə yardım edib. 


Hətta erməni kəşfiyyatı ilə əlbir işləyib. Şahidlər danışır ki, bizim hərbi qüvvələr hücuma keçəndə, hansısa mövqe üstünlüyü qazanan kimi BQXK nümayəndələri dərhal döyüş bölgəsində peyda olurdular. Yaralıları toplamaq adı ilə azərbaycanlıları döyüşü dayandırmağa məcbur edirdilər. 
44 günlük müharibədə komitə cinayətkar əməllərini davam etdirdi.
Tez-tez döyüş mövqeyində peyda olan BQXK əməkdaşları həm Azərbaycan ordusunun sürətli hücumuna əngəl oldu, həm də vacib kəşfiyyat məlumatlarını Ermənistan tərəfinə ötürdü. 

44 günlük müharibə dövründə bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur.
Ona görə də təəssüf hissi ilə deyə bilərik ki, həmin vaxtda  bir çox hərbçilərimizin həlak olmasında BQXK-nin birbaşa iştirakı olub. 
Təşkilatın nümayəndələri ermənilərə təkcə humanitar yardım etməyiblər. Eyni zamanda, beynəlxalq aləmdə ermənilərin əsas informatoru kimi çıxış ediblər. Azərbaycanlılara qarşı törədilən soyqırımı, terror və təxribatları bu qurum lentə alaraq Beynəlxalq aləmdə ermənilərə qarşı törədilmiş fakt kimi təqdim edilməsində Komitənin əməyi az olmayıb.
Çox təəssüf ki, 10 noyabr bəyanatından sonra da qurum Bakıdan daha çox İrəvanla əməkdaşlıq etməyə maraq göstərib.
Hətta 12 dekabrda ekoaktivistlərin başlatdığı dinc aksiyanı dünyaya təhrif olunmuş şəkildə çatdıran təşkilatlardan biri və bəlkə də birincisi BQXK olub. Və bu məlumatlar Komitənin Bakı yox, İrəvan ofisinin adından yayımlanıb.
Üstəlik, BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları xüsusi çəkiyə malik idi.
Qurumun Xankəndi ofisi birbaşa İrəvandan idarə olunurdu. Hər iki ofisdə işləyənlərsə Azərbaycana olduqca mənfi münasibət bəsləyən şəxslər idi. Öz işində vicdanlı olan, ədaləti müdafiə edən işçilər zaman-zaman müxtəlif adlarla gözdən salınıb və bu ofislərdən uzaqlaşdırılıb. 
Ən pisi də odur ki, BQXK Bakı ofisinə də təyinatda hər zaman subyektivliyə yol verib, ölkəmizə antipatiyası olan adamları işə götürüb. Təsadüfi deyil ki, son 30 ildə qurumun Bakı ofisində xeyli sayda belə şəxslərin olması aşkarlanıb və onların Azərbaycandan qovulmasına nail olunub.
BQXK bölgədə qaçaqmalçılıq fəaliyyəti göstərib
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra BQXK-nin Qarabağdakı bədnam fəaliyyətinin böyük ölçüdə qarşısı alındı. Lakin təşkilat öz xislətindən əl çəkmədi, Xankəndi və İrəvan arasında əsas informator və kommersiya qurumu kimi fəaliyyətini davam etdirmək istədi. 
BQXK-nın qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü il fevral ayında BQXK-ya rəsmi nota ünvanlamaq məcburiyyətində qalıb, BQXK-nın Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim edilməsini tələb edib.
Notaya cavab verilməsi ilə bağlı ölkəmizin təkrar sorğularından sonra BQXK təxminən 2 ay yarım sonra, 2023-cü il may ayında təqdim etdiyi cavab notasında aşağıdakıları bildirib: “BQXK-nın Qarabağda fəaliyyətinin əsasını onun özünün hüquqi qiymətləndirməsi təşkil edir və bu mənada təşkilat hesab edir ki, Azərbaycan və Ermənistan arasında silahlı münaqişə hələ də bitməyib. BQXK işlədiyi konkret yerə “de-fakto nəzarət edənlər”lə təmas qurmalıdır. BQXK 2025-ci ildən sonra yarana biləcək yeni reallıqda bu məsələni yenidən nəzərdən keçirə bilər”.

Bu da 2025-ci il reallıqları...
Artıq Azərbaycan hökumətinin tələbi ilə siyasiləşmiş BQXK-nin Bakı ofisi öz fəaliyyətini sonlandırıb. Çox təəssüf ki, BQXK rəsmi şəkildə ölkəmizi tərk etsə də, özündən sonra ancaq xoş olmayan xatirələr qoydu. Bir də Birinci Qarabağ münaqişəsində əsir və girov götürülmüş 4 minə qədər azərbaycanlının acı aqibəti BQXK-nin adına qara ləkə kimi yazıldı. Məhz bu təşkilatın yarıtmaz, məsuliyyətsiz, qeyri-şəffaf fəaliyyəti nəticəsində bu qədər insanın taleyi ilə bağlı ortada heç bir məlumat yoxdur.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri