Icma.az
close
up
RU
Braziliya Beynəlxalq Enerji Agentliyinə tam üzv olmaq üçün rəsmi müraciət edib

Braziliya Beynəlxalq Enerji Agentliyinə tam üzv olmaq üçün rəsmi müraciət edib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 3 sentyabr, AZƏRTAC

Braziliya hökuməti Beynəlxalq Enerji Agentliyinə (IEA) tamhüquqlu üzv olmaq üçün rəsmi müraciət edib. Bu müraciət, Braziliya ilə IEA arasında illərdir davam edən sıx tərəfdaşlıq və agentliyin üzv ölkələrə mürəkkəb qlobal enerji mənzərəsində göstərdiyi strateji dəstəyin tanınmasının nəticəsidir.

Bu haqda Beynəlxalq Enerji Agentliyinin AZƏRTAC-a açıqlaması zamanı qeyd olunub.

Parisdə, IEA-nın qərargahında Braziliyanın səfiri Sarkis J.B. Sarkis, agentliyin icraçı direktoru Fatih Birola Braziliya xarici işlər naziri Mauro Viera və Mədən və energetika naziri Aleksandr Silvera tərəfindən imzalanmış rəsmi məktubu təqdim edib. Məktubda Braziliyanın IEA-ya tam üzv olmaq üçün rəsmi olaraq üzvlük prosesinə başlamaq istədiyi bildirilib.

“Braziliya hökuməti adından Beynəlxalq Enerji Agentliyi ilə olan tərəfdaşlığa görə təşəkkürümüzü bildiririk. Bu əməkdaşlıq illər ərzində Braziliyada enerji siyasətinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verib. Qlobal enerji mənzərəsindəki çağırışları və agentliyin üzv ölkələrə verdiyi strateji dəstəyi nəzərə alaraq, hökumətimiz Agentliyə tam üzv olmaq üçün üzvlük prosedurlarının başlanmasını istəyir”, - deyə məktubda bildirilir.

Məktubda qeyd olunur ki, Braziliyanın bu günə qədər IEA ilə əməkdaşlığı enerji təhlükəsizliyi, enerji məlumatları və statistika, eləcə də enerji siyasətinin təhlili sahələrində yaxın işbirliyi ilə müşayiət olunub. Bu il IEA Braziliyanın enerji siyasətinə dair dərin təhlil aparıb və bu, tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.

Nazirlər həmçinin vurğulayıblar ki, Braziliyanın xalis neft ixracatçısı kimi mövqeyi, şaxələndirilmiş enerji, təmiz, bərpaolunan enerji mənbələrindən istifadədə artan liderliyinə görə, agentliyin beynəlxalq əməkdaşlığına və fəaliyyətinə əlavə dəyər qatacaq.

İEA-nın icraçı direktoru Fatih Birol bildirib ki, bu, beynəlxalq enerji idarəçiliyi üçün mühüm mərhələdir.

“Nazirlər Viera və Silvera tərəfindən göndərilən bu rəsmi müraciəti almaqdan məmnunam. Bu, illərdir davam edən dərin əməkdaşlığın üzərində qurulan və beynəlxalq enerji idarəçiliyi üçün əhəmiyyətli bir inkişafdır. Braziliya bu gün qlobal enerji sisteminin əsas sütunlarından biridir və onun əhəmiyyəti qarşıdakı illərdə daha da artacaq. İndi Braziliya və digər üzv ölkələrlə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik”, - deyə IEA-nın icraçı direktoru Fatih Birol Braziliyanın rəsmi müraciətini şərh edib.

210 milyondan çox əhalisi və böyük iqtisadiyyatı ilə Braziliya Latın Amerikasının ən böyük ölkəsidir. O, həm də böyük neft istehsalçısı və ixracatçısı olaraq beynəlxalq enerji təhlükəsizliyinə mühüm dəstək verir. Eyni zamanda, aşağı emissiyalı enerji sistemi, bol bərpaolunan enerji resursları və güclü bio-yanacaq sektoru sayəsində enerji keçidində lider mövqedədir.

Braziliya 2025-ci ildə keçiriləcək COP30 beynəlxalq iqlim konfransına sədrlik edir və 2024-cü ildə G20-yə rəhbərlik etmişdi.

Qeyd edək ki, Braziliya 2017-ci ildən bəri IEA ilə assosiasiya ölkəsi statusunda əməkdaşlıq edir. Hazırda IEA-nın 32 üzv dövləti var.

Bundan əlavə, 4 ölkə üzvlük prosesindədir və 13 ölkə assosiasiya statusuna malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri