Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya millisinin sabiq futbolçusu Fabio Roşembak 43 yaşını qeyd etdiyi gün futbol karyerasını bərpa edib.
Oxu.Az xəbər verir ki, yarımmüdafiəçi Braziliyanın regional liqasında mübarizə aparan "Guarani de Şaşim" klubu ilə qısamüddətli müqavilə imzalayıb.
Roşembak yeni komandası ilə debüt matçına çıxaraq 3:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, futbolçu 2014-cü ildə karyerasını başa vurduqdan sonra qalmaqallarla gündəmə gəlib. O, xoruz döyüşlərində iştirak ittihamı ilə həbs edilmişdi. 2017-ci ildə Braziliya polisi onun Riu-Qrandi-du-Sul ştatında yerləşən fermasına basqın edərək, 89 xoruz və 100 min dollardan çox nağd pul ələ keçirmişdi.
Futbolçu karyerası ərzində "Barselona" (İspaniya), "Midlsbro" (İngiltərə) və "Sportinq" (Portuqaliya) klublarında çıxış edib. Braziliya yığmasının heyətində isə 7 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Dekabr 2024 02:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















