Britaniya hökumətinin borc xərcləri son 27 ilin ən yüksək səviyyəsinə çatıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
London, 3 sentyabr, AZƏRTAC
Böyük Britaniya hökumətinin borc xərcləri 1998-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb və bu vəziyyət büdcə öncəsi maliyyə naziri Reyçel Rivzə təzyiqləri artırıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 30 illik dövlət istiqrazlarının faiz dərəcəsi, yəni gəlirlilik 5,698 faizə yüksəlib. Bu da hökumət üçün borc götürməyi daha bahalı edir. Analitiklər hesab edirlər ki, büdcə qaydalarına əməl etmək üçün nazir R.Rivzin ilin sonuna planlaşdırılan büdcədə vergiləri artırmaq məcburiyyətində qalacağı ehtimalı yüksəlib.
Valyuta bazarında da funt-sterlinq ucuzlaşıb. Çərşənbə axşamı səhər saatlarında dollar qarşısında 1 faizdən çox dəyər itirən funt $1,3379 səviyyəsinə enib ki, bu da avqustun 7-dən bəri ən aşağı göstəricidir. Borc xərclərinin artması yalnız Britaniya ilə məhdudlaşmır. Almaniya, Fransa və Niderlandın 30 illik istiqraz gəlirlilikləri də 2011-ci ildən bəri ən yüksək həddinə çatıb.
Mütəxəssislər bildirirlər ki, hökumətlərin borc xərclərinin artmasına qlobal amillər, geosiyasi gərginliklər, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti və Fransada hökumətə qarşı etimad səsverməsi kimi risklər təsir göstərib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Sentyabr 2025 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















