Britaniya parlamentinin deputatı: Böhrandan çıxmaq üçün neft hasilatı artırılmalıdır
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu fikri Britaniya parlamentinin İcmalar Palatasının deputatı, sağ-populist Reform UK partiyasının nümayəndəsi Denni Kryuger bildirib.
Onun sözlərinə görə, Birləşmiş Krallıq malik olduğu bütün enerji potensialından istifadə etməlidir.
“Britaniya elektrik enerjisinin qiymətləri səbəbindən iqtisadi böhran yaşayır. Bizdə dünyada elektrik enerjisinin ən yüksək qiymətləri var. Bu, iqtisadi artımımızın ləngiməsinin, əməkhaqlarının aşağı olmasının və dünyanın qalan hissəsi ilə rəqabət apara bilməməyimizin əsas səbəbidir”, – deyə Kryuger "GB News" telekanalına müsahibəsində bildirib.
O, Britaniya hökumətini “ölkədə mövcud olan bütün enerji mənbələrindən istifadə etməyə” çağırıb. “Biz neft və qaz, təbii ehtiyatlar baxımından zənginik. Nüvə energetikasını və texnologiyaları inkişaf etdirmək imkanlarımız var”, – deyə deputat vurğulayıb.
Bundan əvvəl Britaniya KİV-i ölkənin Baş naziri Endi Bernhemin Şotlandiyada yerləşən "Jackdaw" və "Rosebank" neft-qaz yataqlarının işlənməsinə icazə verə biləcəyini yazıb. Bu yataqların işlənməsi üçün icazələr 2022-2023-cü illərdə Mühafizəkarlar Partiyasının hakimiyyəti dövründə verilib.
Layihələrin həyata keçirilməsi 2025-ci ildə Edinburqda məhkəmənin qərarından sonra dayandırılıb. Məhkəmə hesab edib ki, yataqların sahibləri onların istismarının ətraf mühitə vura biləcəyi zərərlə bağlı tam məlumat təqdim etməyiblər. 2024-cü ildə hakimiyyətə qayıdan Leyboristlər Partiyası seçki proqramında Şimal dənizində yeni neft və qaz hasilatına icazələr verməyəcəyini vəd edib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 17 Avqust 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















