“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində cərimə meydançasından kənardan vurulan zərbələri ən çox dəf edən qapıçıların siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, "Sabah"ın qapıçısı Stas Pokatilov bu göstəricidə turnirin lideridir.
Qazaxıstan millisinin üzvü 4 oyunda, ümumilikdə 360 dəqiqə ərzində rəqiblərin cərimə meydançasından kənardan vurduğu 12 zərbənin qarşısını alıb. Beləliklə, o, hər matçda orta hesabla 3 seyvə imza atıb.
Siyahıda ikinci yeri "Brügge"nin qapıçısı Yann Zommer və "Feyenoord"un qolkiperi Tyark Ernst bölüşdürür. Hər iki qapıçının aktivində 9 seyv var. "Portu"nun qapıçısı Dioqu Koşta 8, "Qalatasaray"ın qolkiperi Uğurcan Çakır və Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobel isə 7 seyvə malikdir.
Qeyd edək ki, "Sabah" noyabrın 25-də Bakıda "Barselona"nı qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















