Britaniyanın Baş naziri : ““Yaxşı” deyib, sonra başımıza qaşıya bilmərik”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa ölkələrini Ukrayna ilə sülh müqaviləsi bağlanacağı təqdirdə təhlükəsizliyi təmin etmək və Rusiyanı cilovlamaq üçün plan hazırlamağa çağırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Starmer “The New York Times” qəzetinə müsahibəsində belə deyib. O bildirib ki, istənilən sülh razılaşması Ukraynanı həssas vəziyyətə salacaq və Avropa təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynamalıdır:
“Biz razılaşmanı gözləyib və “Yaxşı” deyib, sonra başımıza qaşıya bilmərik”.
Bundan başqa, Britaniyanın Baş naziri ABŞ Prezidenti Donald Trampın sülh yolu ilə nizamlanmaya nail olmaq səylərini yüksək qiymətləndirib və onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının vəziyyəti bir az irəliyə apardığını bildirib.
Qeyd edək ki, Qərb Britaniyanın Ukraynaya yardım göstərə biləcəyinə şübhə ilə yanaşır. “Unherd” portalı krallığın bunun üçün lazımi resurslara malik olmadığını bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















