Brüsseldə iğtişaş: Polis gözyaşardıcı qazdan istifadə etdi, həbs olunanlar var
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belçikanın paytaxtı Brüsseldə polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, minlərlə insan ölkədə həyat səviyyəsinin aşağı düşməsinə etiraz edərək, mitinqə qoşulub.
Genişmiqyaslı etiraz aksiyası zamanı icazə verilən marşrutun bir neçə nöqtəsində polis kordonlarını yarmağa cəhd olunub. Paytaxtın mərkəzində lokal toqquşmalar da baş verib.
Məlumata görə, iğtişaşlar zamanı bir neçə nəfər həbs edilib.
Aksiyanı təşkil edən qurumların məlumatına görə, nümayiş iştirakçılarının sayı 100 min nəfəri keçib.

Madriddə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib
14 Sentyabr 2025 21:59
Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edi
18 Sentyabr 2025 20:14
Brüsseldə etiraz aksiyasında dörd polis yaralanıb
13 Yanvar 2025 18:11
Tiflisdə yenə ara qarışdı: Polis gözyaşardıcı qazdan istifadə etməyə başladı
02 Dekabr 2024 20:09

