Icma.az
close
up
RU
“Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş təşkil olunub

“Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş təşkil olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 18-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Suraxanı rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri ilə “Yeni dövrün Azərbaycanı” mövzusunda növbəti görüşü baş tutub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun rektoru Anar Nağıyev ölkəmizdə gənclər üçün yaradılan imkanlardan və həyata keçirilən təhsil proqramlarından söz açıb. Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edib, bu çərçivədə Bakı şəhərində və regionlarda məktəblilərlə maarifləndirici görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bu görüşlərin əsas məqsədi Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri təhlil etmək və bu mövzular ətrafında müzakirələr aparmaqdır.

A.Nağıyev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı yolundakı misilsiz xidmətlərini vurğulayaraq, 1995-ci ildə ölkənin ilk Konstitusiyasının qəbul olunması prosesindən danışıb. O, həmçinin 1978-ci il Konstitusiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasının milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Rektor, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam şəkildə təmin olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında çıxış edib. O, dövlətimizin başçısının rəhbərliyi ilə yeni dövrün Azərbaycanının daha böyük uğurlara doğru irəlilədiyini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, BSU-nun Roman-german dilləri kafedrasının müdiri Sevinc Fətəliyeva da “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən danışaraq, dövlətçilik tariximizdə baş verən mühüm hadisələr, xüsusilə də müasir dövrdə Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi ilə bağlı fikirlərini bölüşüb.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxışında görüşün əhəmiyyətinə diqqət çəkib, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində bu cür tədbirlərin rolundan bəhs edib.

Sonda tədbir iştirakçıları ilə şagirdlər arasında sual-cavab formatında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri