BTQ Yeni Kaledoniya və Fransa arasında danışıqlarda vasitəçi ola bilər
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
“Siyasi və qanunsuz həbslər təkcə Yeni Kaledoniyada deyil, digər dənizaşırı ərazilərdə də həyata keçirilir. Biz Bakı Təşəbbüs Qrupu (BTQ) olaraq siyasi məhbuslara dəstək göstəririk”.
Redaktor.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ-nin təşkilatçılığı ilə keçiriləcək “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfransından öncə təşkil olunmuş mətbuat konfransında səsləndirib.
“Yeni Kaledoniyada kolonializmlə bağlı faktlar son bir-iki ildə dünya ictimaiyyətinə məlum məsələ deyil. 80-ci illərdən bəri Fransa hökuməti ilə danışıqlar aparılır. Biz BTQ olaraq Fransa və Yeni Kaledoniya arasında danışıqlarda vasitəçi ola bilərik. Düşünürəm ki, bu ərazilərlə bağlı qanunsuz həbslərin, insan hüquqlarının pozulmasının qarşısı alınmalıdır. Biz beynəlxalq qeyri-hökumət təşkilat olaraq bu danışıqlarda vasitəçi ola bilərik”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Mart 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















