Bu, Azərbaycan Çin münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə əsaslı ümidlər yaradır ŞƏRH
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan ilə Çin arasında münasibətlər son illər ardıcıl şəkildə yüksələn xətt üzrə inkişaf edir və bu dinamika öz aktuallığını qoruyub saxlayır. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi tarixə düşdü". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, həmin səfər çərçivəsində Azərbaycan–Çin əlaqələrinin gələcək inkişaf istiqamətlərini müəyyən edən bir sıra vacib sənədlər imzalandı:
"Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan ilə Çin arasında hərtərəfli və çoxşaxəli əməkdaşlığı özündə əks etdirən strateji sazişin imzalanması əlaqələrin hüquqi müstəvidə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu sənəd iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi, humanitar, mədəni və texnoloji sahələrdə əməkdaşlığın inkişafı üçün möhkəm əsas yaratdı.
Məhz bu əməkdaşlığın davamı olaraq Azərbaycanın xarici işlər naziri nümayəndə heyəti ilə birlikdə Çinə səfər edir. Bu səfər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin siyasi, iqtisadi, humanitar, mədəni və texnoloji sahələrdə əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Ümidvarıq ki, bu səfər də uğurlu nəticələrlə yadda qalacaq. Çünki Azərbaycan üçün müxtəlif geosiyasi qütblərlə bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan əlaqələrin qurulması və inkişaf etdirilməsi əsas xarici siyasət prioritetlərindən biridir. Bu baxımdan, qlobal miqyasda artan iqtisadi gücə malik olan Çin Xalq Respublikası ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Düşünürük ki, məhz bu cür təmaslar, yüksək səviyyəli görüşlər, danışıqlar və açıq dialoq vasitəsilə daha böyük və uzunmüddətli nəticələr əldə etmək mümkündür. Çin böyük sərmayə imkanlarına malik ölkədir və “Bir kəmər, bir yol” təşəbbüsü onun əsas strateji konsepsiyalarından biri hesab olunur. Bu təşəbbüsün artıq daha da şaxələndiyini və geniş coğrafiyanı əhatə etdiyini müşahidə edirik. Azərbaycan da öz strateji coğrafi mövqeyi ilə bu mühüm beynəlxalq təşəbbüsün regionumuzdakı əsas tərəfdaşlarından biri kimi çıxış edir.
Bu baxımdan, ölkələrarası tranzit imkanlarının genişləndirilməsi, logistika və nəqliyyat dəhlizlərinin səmərəli şəkildə tənzimlənməsi, eləcə də investisiya potensialının araşdırılması üçün bu səfərin mühüm fürsət olduğunu söyləmək olar. Bütün bunlar Azərbaycan–Çin münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyinə və qarşılıqlı fayda əsasında inkişaf edəcəyinə əsaslı ümidlər yaradır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 28 Yanvar 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















