Icma.az
close
up
RU
Bu, Azərbaycana qarşı növbəti diplomatik təxribatdır Sülhə binokullu əngəl

Bu, Azərbaycana qarşı növbəti diplomatik təxribatdır Sülhə binokullu əngəl

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılmasını müzakirə edib. Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatı daha iki il uzadılıb.
Məsələ ilə bağlı politoloq Amid Əliyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, Ermənistan tərəfdən Aİ mülki missiyasının müdətinin birtərəfli şəkildə artırılması Azərbaycana qarşı növbəti diplomatik təxribat kimi qiymətləndirilə bilər:

“Belə ki, sözdə Azərbaycanla münasibətlərin normallaşmasından danışan "sülhpərvər" Ermənistanın siyasi hakimiyyəti buna qarşı real addımlar atmır. Hələ bu missiya haqqında mövzu masaya gətiriləndə Azərbaycan buna qarşı etiraz etmişdi. Çünki gözəl anlayırdıq ki, bu missiyanın ardına bölgəyə heç xoşməramlı olmayan qüvvələrin axını başlayacaq. Keçən müddət ərzində biz bunun bariz şahidi olduq. Belə ki, Azərbaycan tərəfinin ciddi etirazlarına baxmayaraq missiya bölgəyə daxil oldu, sonradan sayı və müddəti artırıldı. Bu məsələlərin heç birində Azərbaycanın rəyi alınmadı. Missiyanın tərkibindəki hərbçi, jandarma və keçmiş xüsusi xidmət orqanları əməkdaşlarından komplektləşdirilməsi haqqında məlumatlar KİV-də yer aldıqdan sonra Azərbaycanın etirazlarının haqlı olduğu öz əksini tapdı”.
Politoloq əlavə edib ki, hazırda binokl siyasətini davam etdirən missiyanın xidməti tamamilə dəyişib:

“Üstəgəl son siyasi proseslərdən sonra ABŞ sərhəd missiyasının da bölgəyə gəlməsi bu missiyanın üzvlərini daha da cürətli edib. Əlavə olaraq missiya üzvlərinə silah və müxtəlif təyinatlı xüsusi vasitələrdən istifadə etmə imkanının verilməsi onu deməyə əsas verir ki, Ermənistan sərhədlərini qorunması məhz bu missiya vasitəsilə beynəlxalq zəmanət verilir. Azərbaycana qarşı təxribat olacağı təqdirdə, özlərinə lazım olan bəyanatları verib, ictimai fikri manipulyasiya edəcəklər.Hazırda Ermənistanın siyasi hakimiyyəti Rusiya sərhəd qoşunlarının Türkiyə sərhədlərindən sıxışdırılması prosesinə başlayıb.  Sərhəddə söz və qüvvə sahibinə çevrilmə ehtimalı olan Aİ mülki missiyası sonda sərhədlərin müəyyən edilməsi prosesinə də yersiz müdaxilələr edə bilər.Lakin bu proseslərin genişlənməsi sülh prosesinə destruktiv təsir edə bilməyəcək. Çünki bu missiya sülh danışqlarında nə vasitəçi, nə də ki tərəf kimi iştirak edir. Ona görə də missiyanın sülhü pozma imkanları minimaldır. Bu sülh daha çox Ermənistan dövlət və cəmiyyətinə lazımdır.  Aİ missiyası Azərbaycana qarşı sərhəddə istənilən erməni təxribatını müdafiə etməyə köklənən siyasət yeridir. Sülh sazişinin əsas müəllifi Azərbaycan dövlətidir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri