Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Bu, Azərbaycanın daha da güclənməsi ilə nəticələnəcək Şərh

Bu, Azərbaycanın daha da güclənməsi ilə nəticələnəcək Şərh

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Prezident İlham Əliyevin qlobal çağırışlara zamanında çevik reaksiya verib və həmin çağırışları Azərbaycanın inkişafı baxımdan fürsətə çevirməsi istiqamətindəki uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın güclü dövləti olmaqla yanaşı, ən nüfuzlu ölkələrindən birinə çevrilib. Yürüdülən düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan logistik qovşağa və Bakı isə dünyanı narahat edən məsələlərin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib. Azərbaycan dünyada nüfuzlu ölkələr sırasında yer alıb. Ona görə də dünya ölkələri beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsinə razılıq verirlər. Bilirlər ki, Azərbaycan belə mötəbər tədbirləri ən yüksək səviyyədə təşkil edib keçirmək qabliyyətinə malikdir. Qlobal iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı COP29 tədbirinin keçirilməsinə Azərbaycanın ev sahibliyi etməsinə dünya ölkələrinin yekdil səsverməsi də bunun bariz nümunəsidir. Dünya ölkələri əmin idilər ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan COP29 kimi beynəlxalq tədbiri ən yüksək səviyydə təşkil edib, onu uğurla keçirəcək. Bu belə də oldu. Noyabrın 11-dən etibarən Bakıda öz işinə başlayan COP29 çox uğurla və ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycanın sədrliyi ilə keçirilən COP29 qarşısına qoyduğu hədəflərə nail olacaq və mən buna əminəm".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Göydəniz Qəhrəmanov deyib.

O əlavə edib ki, Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artmasına və regiondakı liderlik mövqeyinin möhkəmlənməsi ilə nəticələnəcək. "COP29 təkcə bu regionda iqlimlə bağlı ən böyük hadisə deyil, bu, bütün dünyada, xüsusən Azərbaycan tarixində ən böyük hadisədir. Bu, Azərbaycanın gələcəyi baxımdan yeni imkanlar açır. Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, həm də ölkənin iqtisadi gələcəyi ilə yanaşı, dünyanın iqlim dəyişikliyi məqsədlərinə çatmasına kömək etmək üçün beynəlxalq danışıqlara rəhbərlik edərək belə bir qlobal problemin həllinə öz təhfəsini verməyə hazırlaşır. COP29-un sədri kimi Azərbaycanın əsas hədəfi qlobal iqlim dəyişikliyinə qarşı effektiv mübarizə aparılmasını təşkil etmək  üçün yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidlə yanaşı, maliyyə mənbələrinin tapılmasıdır.  Çünki uzun illərdir dünyanın inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrinə iqlim dəyişikliyinə uyğunlaşmalarına kömək etmək üçün ildə 100 milyard dollar ayırmağa söz versələr də, nəticə yoxdur.  Paris İqlim Sazişini imzalayaraq problemin həlli istiqamətində üzərlərinə öhdəlik götürən ölkələr müxtəlif bəhanələrlə bu öhdəliklərdən imtina etməkdədirlər. Nəticədə qlobal iqlim böhranı hər ötən il getdikcə daha da dərinləşir. Zamanında bu sahəyə vəsaitin ayrılmaması səbəbindən indi problemin həllinə ildə trilyon dollardan artıq vəsait tələb olunur. Əgər problemin həllinə lazım olan maliyyə mənbəyi tapılmazsa və inkişaf etmiş ölkələr bu məsələyə töhfə verməsələr dünyamızı ciddi fəlakətlər gözləyir.

Amma təəssüflər olsun ki, biz bunun tam əksini müşahidə etməkdəyik. Belə ki, Qərb ölkələri qlobal iqlim böhranına töhfə vermək əvəzinə bundan bir təzyiq aləti kimi istifadə edirlər. Biz bunun Azərbaycanın COP29-a ev sahibliyi barədə verilən qərardan sonra aydın şəkildə görməkdəyik. Başda Fransa, Niderland və bəzi Avropa ölkələri, o cümlədən erməni lobbisi COP29-u boykot etmək taktikasını seçib Azərbaycana qarşı çirkin qarayaxma kampaniyasını başlatdılar. Amma hər zaman olduğu kimi Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində onların bu çirkin niyyətləri puç oldu. COP29 ən yüksək səviyyədə baş tutdu və davam etməkdədir".

Deputat əminliklə bildirib ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv oyunçu rolunda çıxış etməklə bu problemin həllinə öz töhfəsini verəcək: "Azərbaycan artıq İkinci Qarabağ müharibəsində sonra bölgədə yeni reallıq yaradıb, buna uyğun gələcək inkişaf strategiyasının əsas prioriteti kimi yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçidi müəyyənləşdirib. Artıq bu istiqamətdə real addımlar atılmaqdadır. Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan yaşıl enerji bölgəsi elan edilib. 

Azərbaycan 2030-cu ilədək təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin növbəti mərhələdə bunun həcmi artırılacaq. Çünki Azərbaycan 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumlar imzalayıb.

Azərbaycanın bu sahədə potensialı böyük olduğundan əldə edilən yaşıl enerjini ixrac etməyi də planlaşdırır və bu istiqamətdə də ilkin addımlar atılıb, işlər davam etməkdədir. Ölkəmiz həm də Şərqlə Qərb arasında yaşıl dəhliz rolunu oynamaq istəyir. Azərbaycanın qlobal iqlim böhranın həllində əsas məqsədlərindən biri də Qlobal Şimalla Qlobal Cənub arasında bir əlaqələndirici rolunu oynamaqdır. Bu məqsədlə də ölkəmiz “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid “yaşıl enerji platforması”nın mühüm həlqəsi olan  “Mərkəzi Asiya-Azərbaycan yaşıl Enerji Dəhlizi”ni  həyata keçirilməsi layihəsi üzərində işləyir. Bu layihənin reallaşması üçün Azərbaycan COP29 çərçivəsində Qazaxıstan və Özbəkistanla üçtərəfli bir anlaşma sənədi də imzaladı. Gələcəkdə bu prosesə digər Mərkəzi Asiya ölkələri də qoşula biləcək. 

Əgər Ermənistan vaxt itirmədən Azərbaycanla sülh sazişini imzalarsa, alternativ bərpa olunan enerjinin imkanlarından öz iqtisadiyyatlarının inkişafı üçün faydalana bilərlər. Azərbaycanın hədəfi Orta Dəhlizi həm də yaşıl dəhlizə çevriməklə bu məsələdə də qovşaq rolunu oynamaq istəyir. Bu isə Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf edib sosial rifah ölkəsinə və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsinə imkan yaradacaq".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri