Icma.az
close
up
RU
Bu bakteriya ən çox quş əti və yumurta vasitəsilə yayılır

Bu bakteriya ən çox quş əti və yumurta vasitəsilə yayılır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Süfrəmizə gələn qidanın tərkibində gözlə görünməyən təhlükələrin gizlənməsi hər birimizi haqlı olaraq narahat edir. Ukraynadan ölkəmizə gətirilən tonlarla dondurulmuş toyuq ətində aşkarlanan uyğunsuzluq qida zəncirindəki boşluqları və sağlamlığımıza yönələn riskləri yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı qida mühəndisi, nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, toyuq məhsullarında Salmonella infeksiyasının aşkarlanması qida təhlükəsizliyi baxımından ciddi siqnaldır:
"Bu bakteriya ən çox quş əti və yumurta vasitəsilə yayılır və düzgün idarə olunmadıqda qida zəhərlənməsinə səbəb ola bilər. Salmonella ilə çirklənmiş toyuq məhsulu yaxşı bişirilmədikdə insan orqanizminə keçə bilər, bu da ishal, qusma və qızdırma kimi qida zəhərlənməsi əlamətlərinə səbəb olur və xüsusilə uşaqlar, yaşlılar və hamilələr üçün daha yüksək risk yaradır. Amma vacib məqam ondan ibarətdir ki, Salmonella istiliyə həssasdır, yəni düzgün bişirmə ilə bu risk böyük ölçüdə aradan qaldırıla bilər".
Ekspert deyib ki, istehlakçılar məhsulu alarkən və saxlayarkən bir sıra məqamlara diqqət etməlidirlər:
"Dondurulmuş məhsul tam donmuş vəziyyətdə olmalıdır, paketdə buz kristalları və ya su izləri müşahidə olunursa bu yenidən dondurulma əlaməti ola bilər. Eyni zamanda son istifadə tarixinə və istehsalçı məlumatlarına diqqət yetirilməlidir. Gigiyena da mühüm rol oynayır, çiy toyuqla təmasdan sonra əllər mütləq yuyulmalı, çiy ət üçün istifadə olunan taxta və bıçaq digər qidalardan ayrı saxlanmalıdır ki, çarpaz çirklənmə riski yaranmasın. Düzgün bişirmə də əsas şərtdir, toyuq əti tam bişməli, çəhrayı hissə qalmamalı, şirəsi şəffaf olmalıdır, qanlı və ya çəhrayı görünüş olmamalıdır və təxminən 70–75 dərəcə daxili temperatur təhlükəsiz hesab edilir. Saxlama zamanı da çiy toyuq soyuducuda digər qidalardan ayrı yerləşdirilməli, dondurulmuş məhsul isə otaq temperaturunda deyil, soyuducuda əridilməlidir. Belə xəbərlər narahatlıq yaratsa da bu o demək deyil ki, bütün toyuq məhsulları təhlükəlidir, əsas məsələ istehsal zəncirində nəzarət və ev şəraitində düzgün davranışdır. İstehlakçı olaraq gigiyena və bişirmə qaydalarına əməl edildikdə risk minimuma endirilə bilər",- deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri