Bu canlıların nə ürəyi, nə də beyni var
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Dəniz ulduzları düşündüyümüzdən qat-qat daha qeyri-adi canlılardır.
Ölkə.az xəbər verir ki, elmi araşdırmalara görə, dəniz ulduzlarının nə beyni, nə də ürəyi var. Bunun əvəzinə, bədənlərinə yayılmış sinir şəbəkəsi sayəsində hərəkət edir və ətraf mühiti hiss edə bilirlər.
Bu canlılarda mərkəzi beyin əvəzinə, qollarına qədər uzanan sinir sistemi mövcuddur. Bu quruluş sayəsində onlar istiqamətlərini müəyyən edə və koordinasiyalı şəkildə hərəkət edə bilirlər.
Bundan əlavə, dəniz ulduzlarında klassik qan dövranı sistemi də yoxdur. Onun yerinə “su damar sistemi” adlanan xüsusi mexanizm işləyir. Dəniz suyu bədən daxilində dövr etdirilərək oksigen və qida maddələrinin daşınması təmin olunur.
Qısacası, dəniz ulduzları öyrəşdiyimiz canlı sistemlərindən tamamilə fərqli işləyən, amma bir o qədər də heyranedici canlılar sırasındadır.
Həmidə İbrahimova
Baxış sayı:152
Bu xəbər 27 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















