Icma.az
close
up
RU
“Bu, ciddi riskdir, qiymət kəskin dəyişə bilər” İqtisadçıdan xəbərdarlıq

“Bu, ciddi riskdir, qiymət kəskin dəyişə bilər” İqtisadçıdan xəbərdarlıq

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni ilin gəlişinə 10 gündən az vaxt qalır. 2024-cü il dünyada və ölkəmizdə mühüm hadisələrlə yadda qaldı. Bəs Azərbaycan 2025-ci ilə hansı müsbət və mənfi nəticələrlə girir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda 2024-cü ilin nəticələrinə baxdıqda əsas problemin neft hasilatının xarici ticarətdə müsbət fərqlə azalmasını görərik.

Onun sözlərinə görə, xarici valyutaya tələbat kəskin artıb:

“Hətta keçən ilə nisbətən az qala iki dəfədən çox artım var. Xarici ticarətdə ixracatımızın həcmi getdikcə azalır. Bütün bunlar müəyyən problemlər gətirmiş olur. Müsbət tərəf ondan ibarətdir ki, bu il az da olsa inflyasiyanı aşağı çəkmək mümkün oldu. Amma yenə də qiymət artımı kifayət qədər nəzərəçarpacaq dərəcədədir və vətəndaşları narahat edən əsas məsələlərdən biridir”.

İqtisadçı gələn ilin risklərindən danışıb:

“Gələn ilin riskləri dövlət büdcəsində neftin qiymətinin 70 dollar götürülməsidir. Bu, ciddi bir riskdir. Çünki neftin qiymətinin aşağı düşməsi ehtimalları həddindən artıq çoxdur. Əgər qiymətlər aşağı düşəcəksə, o zaman büdcənin formalaşmasında problemlər yaşana bilər. Belə ki, ümumi və neft gəlirlərinin azalması bütün büdcə parametrlərinə yenidən baxmağı tələb edə bilər. Bu səbəbdən gələn il o qədər də asan il olmayacaq”.

Natiq Cəfərli

Natiq Cəfərli deyib ki, 2025-ci ildə manata təzyiqlər artacaq, xarici ticarətdə müəyyən problemlər yaşaya bilərik:

“Bu da fundamental məsələlərin həll olunmadığından xəbər verir. Yəni biz idxaldan çox asılı bir ölkəyik. Ərzaq məhsullarında 75 faiz xaricdən asılıyıq. Qeyri-ərzaq məhsulları növlərində məsələn, geyimdə təqribən 85-90 faiz, dərman preparatlarında 94 faiz, məişət texnikası, məişət kimyasında az qala 100 faiz, avtomobil ehtiyat hissələrində də 100 faiz xaricdən asılıyıq. Xaricdən asılılıq o qədər çoxdur ki, ona görə də orada baş verən hadisələrin Azərbaycana da dalğavari təsirləri olur”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri