Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Netanyahu ABŞ yə səfər edəcək

Bu da bir ömürdü... Telman Quliyev yazır

Bu da bir ömürdü... Telman Quliyev yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarşımda bir kitab var: bir ömürdən bəhs edən bir kitab. Ön söz səhifəsində qədimi dostum, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli yazır: "Mən Hüseyn Əsgərovu professional jurnalist kimi tanıyıram. Onun Azərbaycan mətbuatında öz imzası və yeri var. Müstəqillik dövrü Azərbaycan mətbuatının, jurnalistikasının dəyərli simalarından biridir. Həm televiziyada, həm də mətbuatda Hüseyn Əsgərov böyük işlər görüb". Bizim dostumuz, dilimizin, ədəbiyyatımızın tədqiqində, inkişafında böyük işlər görmüş akademik dostumuz, müstəqilliyimiz uğrunda həmfikir olduğumuz İsa müəllimin Hüseyn Əsgərov haqqında söylədiyi fikirlər onun jurnalistlik fəaliyyətinə verilmiş qiymətdir. Mən çalışacam H.Əsgərovun bütövlükdə həyat və fəaliyyəti, dost-tanışa münüsibəti, bir sözlə, həyat yolunun inkişaf pillələrindən söz açam. Beləliklə...

Naxçıvanın isti avqust günlərinin sonu idi. "Şərq qapısı" qəzeti redaksiyasının foyesində yığışıb adətimiz üzrə yeni ədəbiyyat nümunələrini, beynəlxalq hadisələri müzakirə edirdik. Həmişəki kimi şair Hüseyn Razi, yazıçı-jurnalist Möhsün Möhsünov, Cəlil Vəzirov (Allah hər birinə rəhmət eləsin) söz sahibiydilər. Bu ara pilləkənləri qalxan gənc oğlan bizə yaxınlaşıb iddalı baxışlarla, amiranə tərzdə "redaktorun otağı hardadı?" deyə soruşdu. Bir anlığa söhbətə ara verildi. Otağı göstərdilər. "Hə, təyinatla gəlmişəm. İndən belə felyeton, tənqidi yazılar mənlikdir" deyə redaktorun otağına tərəf getdi.

Bir neçə gündən sonra mənimlə bir yerdə işləməyə başladı. Az bir müddətdən sonra kollektivə alışdı. Əmisi oğlu ilə dost olduğumdan xarakter mənə çox uyğun gəldi. Yavaş-yavaş dostlaşdıq. Mollanəsrəddinçiydi. Söhbətlərində universitet müəllimimiz rəhmətlik Nəriman Zeynalovun izləri görsənirdi. Şirin söhbəti, incə sarkazmı ətrafdakıları özünə cəlb edirdi. Ancaq yaşlı nəsil bu gənc jurnalisti iddiasına görə qəbul etmirdi. İlyarım bir yerdə işlədik. Hüseyn vilayət partiya komitəsinin köməkliyilə Naxçıvan Muxtar Respublika Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə  redaktor vəzifəsinə düzəldi (O dövrdə informasiya vasitələrinə işə düzəlmək üçün mütləq kommunust partiya komitələrinə müraciət etməli olurdun).

H.Əsgərov televiziyada işləsə də, bizlərlə əlaqəsini kəsmədi. Naxçıvan radiosunda, televiziyasında hazırladığı reportaj, oçerklərdə, hətta xəbərlərdə Çəlil Məmmədquluzadə ruhu, qələm nümunələri özünü göstərirdi. Tamaşaçı, dinləyici verilişlərdə yeni bir havanın yarandığını hiss edirdi. "Şərq qapısı" qəzetində çap olunan hekayələrində Mollanəsrəddin məktəbinin, o zaman Azərbaycan gəncliyinin yeni-yeni tanıdığı türk yazıçısı Əziz Nesinin yaradıcılıq motivləri sezilirdi. 

Ötən əsrin 80-ci illərinin əvvəllərindən jurnalistlik fəaliyyətilə yanaşı, Naxçıvan ədəbi mühitinə yeni nəfəs, yeni abu-hava gətirən H.Əsgərov yaradıcılığı Azərbaycan oxucusuna da təqdim olunurdu. H.Əsgərov Naxçıvan mühitində müstəqilliyimiz uğrunda mübarizəyə qoşulan az-az  jurnalistlərdən idi. Öz qələmi, verilişlərilə xalqa azadlıq fikirləri aşılayan, "Sərhəd hərəkatı"nın fəal üzvü olan H.Əsgərov bu səpkidə hazırladığı verilişlərdə Azərbaycanın tarixinə ekskursiya edir, vaxtilə Böyük, bütöv Vətən torpağını vəsf edir, imperialist qüvvələri tərəfindən ikiyə bölünmüş xalqı birliyə, azadlığa səsləyirdi. Müəllifin 1988-ci ilin sentyabrında Naxçıvan Televiziyasında nümayiş etdirilən "Ayrılıq" verilişi 200 ilə yaxın bir dövrdə parçalanmış, bir-birinə həsrət qalmış bacı qardaşın, ana balanın illər uzunu qəlblərində daşıdıqları yanğının atəşindən yaranmışdır. Verilişdən-verilişə "Ayrılıq"ın tamaşaçı auditoriyası genişlənirdi. Təəssüf ki, Azərbaycan tamaşaçısının əksər hissəsi Naxçıvan televiziyasını izləyə bilmirdi. Ancaq cənublu qardaşlarımızın bir qismi "Ayrılıq"ı seyr edirdilər. Şərqi və Qərbi Azərbaycan vilayətlərinin Arazboyu kəndləri, Xoy, Mərənd, Maku, Culfa, Ələmdar, Qaraziyyəddin və digər şəhər və kəndləri Naxçıvan televiziyası jurnalistinin verilişini səbirsizliklə gözləyirdilər. "Ayrılıq" zamanında o tayla bu tay - cənublu qardaşlarımızın təbirincə desək, "Şurəvi Azərbaycanı ilə Cənubi Azərbaycan" arasında bir körpü yaratdı. Milli, mənəvi birliyimizin ilkin özül daşlarını düzdü. 1989-cu ilin 31 dekabrında bir milləti ikiyə bölən dəmir pərdə ortadan götürüləndə o taydan gələn səslər arasında "Ayrılıq"a baxırıq. Bizim əzizlərimiz Naxçıvanda yaşayırlar. Artıq hər kəs öz doğmasının yerin-yurdun bilirdi, adbaad çağırırdılar. Bu, bizim qəhrəman, jurnalist H.Əsgərovun ürək verdiyi yaradıcılıq zəhmətinin bəhrəsi idi. Yaxşı yadımdadır, İran İslam Respublikası ilə gediş-gəliş razılığı alınmışdır. Cənublu qardaşlarımızın ilk görüşünə Hüseynlə bir getmişdik. Bizi görənlər ətrafımıza toplaşır, Hüseyndən Naxçıvanda yaşayan qohum-əqrabalarını soruşur, təkidlə evlərinə qonaq dəvət edirdilər. Deyərdim ki, o dövrün qəhrəmanına çevrilmişdi. Deyim ki, Türkiyə körpüsü açılanda da yaxın bölgələrdən gələn insanlar televizyon spikeri Hüseyni axtarıb tapırdılar...

Bu da ömrün 70-i!!! Hüseyn Əsgərov geriyə baxanda gözləri önündən nələr, nələr gəlib keçir?.. 1955-ci ilin soyuq payızının son günlərində Şərur rayonunun Şəhriyar kəndində dünyaya göz açıb. İkinci Cahan müharibəsinin vurduğu zədələrin sarılması illərində uşaqlıq və gənclik dövrünü başa vurub. 1977-ci ildə Azərbaycanın mötəbər ali məktəbinin, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Təyinatını doğma Naxçıvana alıb. İlk jurnalistlik fəaliyyətinə "Şərq qapısı" qəzetindən başlayıb. Sonralar Naxçıvan radio-televiziya komitəsində formalaşıb, dinləyici, tamaşaçı, oxucu rəğbəti qazanıb, tanınmış söz sahibi olub. Naxçıvan teatrında, Naxçıvan kukla teatrında tamaşaları oynanılıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Molla Nəsrəddin" ensiklopediyasında görkəmli mollanəsrəddinçilər arasında yer alıb. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 29 oktyabr, 2024-cü il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin ən yaxşı köşə yazısı nominasiyasının qalibi olub.

H.Əsgərov 10 il Naxçıvan Muxtar Respublika Ali Məclisi Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 11 il Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalistidir. O, peşəkar yazıçı kimi 2021-ci ilin Prezident təqaüdçüsü olub.

Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev bu ilin 21 iyulunda Azərbaycanın öncül jurnalistlərinin bir qrupunu Dövlət mükafatları ilə təltif edib. Təltif olunanlar arasında H.Əsgərov da vardır. Onun çoxillik səmərəli fəaliyyəti "Tərəqqi" medalı ilə qiymətləndirilib.

Yazıçı-jurnalist, ictimai xadim Hüseyn Əsgərovun bu yaxınlarda "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən oxuculara təqdim olunan "Bu da bir ömürdür..." kitabından bir iqtibas gətirmək istəyirəm: "N.Ostrovskinin "Polad necə bərkidi" romanında belə bir deyim var: İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyifsilənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan... Yaşamağa tələsmək lazımdır".

H.Əsgərov 70 ilin astanasından geriyə baxdıqda, sözün həqiqi mənasında yaşamağa tələsib: Əlindəki qeyd dəftəri, bir də bərəkətli qələmilə.

Həyatdolu, özünün sevgisi, yumoru ilə qəlblərdə yer alan dostumuza -Hüseyn Əsgərova yaradıcılıq uğurları, sağlam ömür yolu arzulayırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see393

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see235

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see201

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see200

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see198

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see196

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see195

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see191

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see186

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see185

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see175

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see175

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see170

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see170

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see166

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see165

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see164

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see162

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri