Icma.az
close
up
RU
Bu dağda üzərində heyrətamiz mesaj olan qab tapıldı: İsraillə Çini nə birləşdirir?

Bu dağda üzərində heyrətamiz mesaj olan qab tapıldı: İsraillə Çini nə birləşdirir?

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Növbəti arxeoloji qazıntılar zamanı arxeoloqlar Qüdsdəki Sion dağında çini qab parçasının üzərində ən qədim Çin yazısına rast gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.

İsrail Qədim Əşyalar İdarəsinin arxeoloqu Maykl Çenin yerdən çıxan rəngarəng əşya - çini qab gördüyünü və yuduqdan sonra onun üzərində xarici dildə heyrətamiz mətn aşkar etdiyini görüb.

Keramika mütəxəssisi Dr.Anne de Vincennes yazının Çin dilində olduğunu təsdiq etdikdən sonra Qüds İbrani Universitetinin tədqiqatçısı Jinqçao Çen mətni tədqiq edərək deşifrə edib: “Biz həmişə əbədi baharı qoruyacağıq”. Başqa sözlə, hələ iş başlamazdan əvvəl Çen "İsrail torpaqları ilə Çin arasındakı əlaqənin ən erkən arxeoloji sübutunu" kəşf edib.

Qeyd olunur ki, digər Çin saxsı əşyaları əvvəllər tapılıb. Bununla belə, bu, "Son Şam yeməyi"nin (İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək) keçirildiyi güman edilən bibliya baxımından əhəmiyyətli yerdə tapılan ilk yazıdır.

İsrail Qədim Əsərlər İdarəsi və Alman Protestant Arxeologiya İnstitutu son üç ildir ki, Bibliyada adı keçən Sion dağında birgə qazıntı işləri aparır. Tapıntıların çoxu Bizans və İkinci Məbəd dövrünə və ya 1500 il əvvələ aid olduğundan, onlar heç vaxt 16-cı əsrə aid nadir Çin qabının qalıqlarını tapacaqlarını gözləmirdilər. Bəs bunlar Çindən Sion dağına necə çatıb? Kasa 1520-1570-ci illərə aid olduğundan, o, Min sülaləsi (Min sülaləsi 1368-1644-cü illərdə Çində hakimiyyətdə olub) dövrünə aiddir və ictimaiyyətə qeyri-adi bir tarix təqdim edir.

“Arxeoloji tədqiqatlar İsrail torpağında və Uzaq Şərqdə tacirlər arasında müxtəlif ədviyyatlar kimi əvvəlki dövrlərdən məlum olan ticarət əlaqələrinə dair dəlillər üzə çıxarıb”, - deyə İsrail Qədim Əşyalar İdarəsinin direktoru Eli Eskusido izah edib.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri