Bu ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bakıvaxtı.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılması ilə bağlıdır.

