Bu ət satışı mağazasının fəaliyyəti dayandırıldı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ordubad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən Əmir İbrahim oğlu İbrahimova məxsus ət satışı mağazasında nöqsanlar aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib. Çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.
Nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, barəsində inzibati protokol tərtib olunub. Çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















