Icma.az
close
up
RU
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür FOTO

Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamdan sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Avtosfer.az xəbər verir ki, peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kollektivi agentliyin inzibati binasında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyub. Sonra keçirilən iclasda agentliyin fəaliyyəti barədə ötən illərə nəzər salınıb.

Qeyd olunub ki, avtomobil yolları işçiləri Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. AAYDA ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərinin avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpası işlərini yerinə yetirir.

Agentliyin balansında ümumi istifadədə olan 17 min 755 kilometr uzunluqda avtomobil yolu var ki, bunun da 4538 kilometri respublika əhəmiyyətli, 13217 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etdirilib. Tikintisi aparılan uzunluğu 66,4 kilometr təşkil edən 39 avtomobil tunelindən 18-də (47,9 kilometr) qazma işləri başa çatdırılıb.

Bundan əlavə, həmin il Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına başlanılıb.

2023-cü il ərzində 881,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli 418,8 kilometr, yerli əhəmiyyətli 418,5 kilometr və 44,4 kilometr uzunluğunda Bakı şəhər yolları daxildir.

İl ərzində, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində uzunluğu 45 metr, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci kilometrində uzunluğu 30 metr, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində uzunluğu 65,4 metr olan və Zuğulba prospektində uzunluğu 65 metr, Zığ-Hövsan avtomobil yolunun 1,8, 2,7 və 4,4-cü kilometrlərində (hər birinin uzunluğu 74 metr olan) 7 ədəd yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Eyni zamanda, paytaxtın Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi (I mərhələ) və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) və piyada keçidlərinin tikintisi davam edib.

Həmçinin nəqliyyatın hərəkətinin təhlükəsizliyi sahəsində də məqsədyönlü addımlar atılıb. Belə ki, 2023-cü il ərzində işğaldan azad edilmiş ərazilərdə, Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5946 yol nişanı, 11 min 863 siqnal dirəyi, 87,6 kilometr uzunluğunda əyrixətli tirlər quraşdırılıb və bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə AAYDA tərəfindən yol infrastrukturu layihələrinin icrası fasiləsiz olaraq davam etdirilir.

Dövlətimizin başçısının Sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 kilometr olan Şuşa-Laçın avtomobil yolu II texniki dərəcəyə uyğun inşa edilir. Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən ayrılan və 35,5 kilometr uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 kilometr olan avtomobil yollarında tikinti işləri aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Fevral 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri