Icma.az
close
up
RU
Azərbaycan jurnalistikası bu gün özünün ən şərəfli dövrlərindən birini yaşayır MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan jurnalistikası bu gün özünün ən şərəfli dövrlərindən birini yaşayır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq və bununla bağlı cənab Prezident İlham Əliyev tərəfindən 25 aprel 2025-ci il tarixində imzalanmış sərəncam mövcuddur. Həmin sənəddə Azərbaycan mətbuatının keçdiyi şərəfli yol, onun tarixi və bu günkü durumu aydın və dərin məzmunla əks etdirilmişdir. Bu sərəncam, həm də dövlət səviyyəsində Azərbaycan mətbuatına verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan jurnalistləri, 150 illik fəaliyyəti ərzində hər zaman dövlətə, dövlətçiliyə sadiq olmuş, milli maraqların qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirmişlər". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan mətbuatından danışarkən, xüsusilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı antiterror əməliyyatlarını xatırlamamaq mümkün deyil: "Məhz həmin dövr Azərbaycan jurnalistlərinin və ümumilikdə mətbuatının ən ağır, lakin bir o qədər də şərəfli sınağı oldu. Həmin günlərdə Azərbaycan jurnalistikası üzərinə düşən tarixi vəzifəni ləyaqətlə yerinə yetirdi. Düzgün, operativ, milli maraqlara uyğun və obyektiv informasiya təqdim olunması ilə jurnalistlər həm informasiya cəbhəsində böyük uğurlar qazandılar, həm də beynəlxalq mediada Azərbaycanın haqq səsinin çatdırılmasında önəmli rol oynadılar.

Bununla yanaşı, post-müharibə dövründə də Azərbaycan mətbuatı inkişaf mərhələsinə qədəm qoydu. Medianın İnkişafı Agentliyinin yaradılması, media haqqında qanunun qəbul edilməsi ilə ölkəmizdə jurnalistika sahəsində hüquqi və institusional çərçivə daha da möhkəmləndirildi. Bu islahatlar nəticəsində "kimdir jurnalist?" sualına dəqiq və hüquqi cavab verildi. Peşəkar jurnalistika ilə qeyri-peşəkar fəaliyyət arasında sərhədlər müəyyənləşdirildi və media sahəsində keyfiyyət göstəricilərinə əsaslanan yeni dövr başlandı.

Cənab Prezidentin 25 aprel 2025-ci il tarixli sərəncamında həm də Azərbaycan milli mətbuatından gözləntilər açıq şəkildə qeyd olunmuşdur. Bu gün biz süni intellekt dövründə yaşayırıq və bu reallıq jurnalistlərin fəaliyyətində də yeni çağırışlar yaradır. Məlumatların sürətli yayımı, real faktların saxta xəbərlərdən ayrılması, süni intellektin yaratdığı kontentlərin təhlili və düzgün istifadəsi məsələləri jurnalistlərin diqqət mərkəzində olmalıdır. Azərbaycan oxucusuna dəqiq, həqiqi və düzgün məlumatın çatdırılması, jurnalistlərin cəmiyyətə xidmət funksiyasını yerinə yetirməsi baxımından olduqca vacibdir.

Bütün bu çərçivədə, əminliklə demək olar ki, Azərbaycan jurnalistikası bu gün özünün ən şərəfli dövrlərindən birini yaşayır. Həm informasiya müstəvisində, həm də ictimai nüfuz baxımından müsbət inkişaf müşahidə olunur. Eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanında yer alması, xarici media ilə əməkdaşlığın genişlənməsi, təcrübə və informasiya mübadiləsinin aparılması da prioritet istiqamətlərdən biridir. Beləliklə, 150 illik zəngin və şərəfli tarixi olan Azərbaycan milli mətbuatı bu gün də yenilənən formatda, müasir texnologiyaların imkanlarından istifadə etməklə, informasiya cəmiyyətində öz layiqli yerini qoruyub saxlayır və gələcəyə inamla addımlayır".

Müəllif: Günel Rəşadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri