Icma.az
close
up
RU
Bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi Azərbaycanın sabitləşdirici roluna böyük ehtiyac duyulur RƏY

Bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi Azərbaycanın sabitləşdirici roluna böyük ehtiyac duyulur RƏY

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərində yeni mərhələnin başlanğıcı məhz avqustun 8-də ABŞ-da qoyuldu. Cənubi Qafqaz regionuna sülh, sabitlik və firavanlıq gətirəcək bu tarixi hadisə bölgədə yeni əməkdaşlıq platformalarının formalaşması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

“Vətən müharibəsində parlaq Zəfərimizdən dərhal sonra Azərbaycan qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında sülh təşəbbüsü ilə çıxış etdi. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd etdiyi kimi, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır, regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə Sazişin paraflanması ölkəmizin sülhə və əməkdaşlığa əsaslanan mövqeyinin təzahürüdür”, - deyə komitə sədri qeyd edib.

Azərbaycanın beynəlxalq hüququn aliliyinə, dövlətlərin daxili işlərinə qarışmama və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət yürütdüyünü söyləyən Şahin İsmayılov diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğal faktının 30 il davam etməsi bölgənin potensialından tam istifadəyə ciddi maneə olub. Əlbəttə, Azərbaycan tərəfdaşları ilə birgə qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdıraraq geniş coğrafiyada əməkdaşlıq üçün böyük imkanlar yaradıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verir. Ölkəmiz beynəlxalq miqyasda etibarlı enerji tərəfdaşına çevrilib. Cari il avqustun əvvəlində Azərbaycan qazının Suriyaya nəqlinə başlanılıb. Beləliklə, Azərbaycan qazı artıq Yaxın Şərq regionuna nəql olunur.

“Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi yeni yaradılacaq Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının qurulması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, bu marşrut regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün olduqca səmərəli imkanlar təqdim edəcək. Bütün qonşu ölkələr bu imkandan faydalanacaq”,- deyən Şahin İsmayılov bildirib ki, güclü mövqelərə malik tranzit ölkəyə çevrilmək ölkəmizin əsas hədəflərindəndir və ötən illər ərzində bu istiqamətdə olduqca zəruri addımlar atılıb. Bu baxımdan TRIPP marşrutu regiona olan beynəlxalq marağı daha da artıracaq, həmçinin yeni investisiyaların cəlb olunmasına mühüm şərait yaradacaq.

Mövcud geosiyasi proseslər fonunda Azərbaycanın təşəbbüsləri, balanslaşdırılmış xarici siyasəti və konstruktiv mövqeyinin beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıdığını bildirən Şahin İsmayılov Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi sabitləşdirici roluna böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bu xüsusda, İsrail və Suriya arasında normallaşma prosesində Azərbaycanın vasitəçiliyi xüsusi əhəmiyyətə malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri