Bu gün həmin formula riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib Hikmət Hacıyev
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
"Bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib".
Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında yazıb.
Onun sözlərinə gərə, son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç səfər edib: "Türkmənistana, Tacikistana və Qazaxıstana. Bu gün isə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir. Azərbaycan–Mərkəzi Asiya münasibətləri, adətən, "5+1" formulu ilə təsvir olunurdu. Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid "6" formatını alıb. Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir".
Baxış sayı:77
Bu xəbər 21 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















