Icma.az
close
up
RU
Bu gün Şuşa şəhəri GÜNÜDÜR

Bu gün Şuşa şəhəri GÜNÜDÜR

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. 

Şanlı qələbə tariximizə çevrilən 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilərək Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

44 gün ərzində ordumuz bir an belə dayanmadan, durmadan, ruh yüksəkliyi ilə, qələbəyə inamla irəliləyirdi. Bu haqq savaşında özləri, orduları haqqında mif yaradan ermənilərə Azərbaycan əsgəri-Azərbaycanın igid övladları kişilik dərsi verdi. Yaratdıqları mifi darmadağın edərək onların kim olduqlarını özlərinə sübut etdi. Ermənistan ordusunun 11 min nəfər əsgəri fərarilik edərək silahı qoyub geri qaçdı. Ermənilər və bütün dünya bir nəfər belə fərarisi olmayan Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallaşdı.

Tanklarla, zirehli texnikalarla silahlanan və əlverişli mövqelərdə yerləşən Ermənistan ordusunun əsgər və zabitləri Azərbaycanın igid oğulları qarşısında duruş gətirə bilməyərək dayandıqları mövqeləri tərk edib canlarını qurtarmağa çalışdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Şuşa həqiqətən alınmaz qala  sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə  onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki,  Şuşasız bizim qələbəmiz mümkün olmayacaq.”

Bəli, Şuşa azad edildi. Biz qələbə çaldıq. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı və öz adını Azərbaycanın tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu.

Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik göstərməsi, qələbənin təmin  edilməsində mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad olunması və 8 noyabr tarixinin əhəmiyyəti haqqında deyirdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizin şanlı Qələbəmizin, Zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıq masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut etdik”. O gün Azərbaycan xalqının ən sevincli günü idi. O günü 30 ilə yaxın idi ki, ümidlə, inamla gözləyirdik.

2023-cü ilin sentyabr ayının 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 3 il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı. Dövlət suverenliyimiz tam bərpa olundu.

Azadlığına qovuşmuş qədim Şuşa şəhəri artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid, vətənpərvər Azərbaycan oğullarının Şuşaya doğru dağların, meşələrin qoynu  ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır.

Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb. Şuşanın işğaldan azad edilməsindən  dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa-Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Hal-hazırda Şuşanın tarixi siması saxlanılmaqla burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda qəhrəmanlıq rəmzidir və sülhün rəmzidir. Şünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz tam haqlı olaraq Şuşanı sülhün rəmzi kimi qiymətləndirə bilərik”.


Xatirə İsmayılova


Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri,
Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see349

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see248

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see233

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see231

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see205

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see195

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see193

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see183

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see181

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see177

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see177

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see177

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see169

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see167

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see166

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see166

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see154

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see153

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see151

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri