Icma.az
close
up
RU
“Bu gün Uşaqların VI Forumunda iştirak etmək qürurvericidir Respublika Uşaqlarının VI Forumunun iştirakçısı

“Bu gün Uşaqların VI Forumunda iştirak etmək qürurvericidir Respublika Uşaqlarının VI Forumunun iştirakçısı

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir. Aidiyyəti dövlət və hökumət qurumlarının rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən uşaqlar iştirak ediblər. O uşaqlardan biridə Bakı şəhəri, Nizami rayonu 61 saylı orta məktəbin 9-cu sinif şagirdi Nərgiz Adıgözəlovadır. Nərgizin 14 yaşı var. Dərs əlaçısı olmaqla yanaşı ictimai fəaldır və uğurlarıda vardır. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 01.06.2017-ci və 2018-ci illərdə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusundə keçirilən tədbirlərində iştirakçısı olub və hər iki tədbirdə fəal iştirakına görə Diploma layiq görülüb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi Heydər Əliyevin 100 illiyi ilə əlaqədar məktəblilər arasında keçirilən Şahmat turnirinin Nizami rayonu üzrə qalibi olub. Elə buna görə də O, Respublika Uşaqlarının VI Forumuna nümayəndə seçilib.

Forum iştirakçısı Nərgiz Adıgözəlovadan Forumun işi ilə bağlı fikirlərini öyrəndik. O, bildirdi ki: “Bu gün Uşaqların VI Forumunda iştirak etmək qürurvericidir. Çünki tarixi hadisənin bir parçası olmaq, dövlət və hökümət nümayəndələri ilə, deputatlarla, xarici rəsmi qonaqlarla eyni məkanda tədbirdə olmaq, intellektual uşaqlarla fikir mübadiləsi aparmaq fikrimcə hər bir iştirakçı uşağın həyatında müsbət iz buraxacaqdır. Biz bu gün burada rəsmi açılışdan sonra uşaqlarla “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi - Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparır və müvafiq təkliflərlə çıxış edirik. Məsələn mən müzakirələrdə uşaqların informasiya təhlükəsindən qorumaq olacaqmı yaxud bu günün uşaqlarının gələcəkdə Qlobal iqlim problemlərindən əziyyət çəkməmək üçün hansı işlərin görülməsinin vacibliyi barədə suallar verdim və onun müzakirəsini apardıq. Forum bizə eyni zamanda yeni dostlar qazandırır, biz bu gün Forumun təşkil etdiyi səhər yeməyində, günorta yeməyində, çay-kofe fasiləsində və müzakirələrdə iştirakçı uşaqlarla mehriban münasibətlər yaranır. Hətta bu gün Forumun sonunda musiqili proqramımızda olacaq. Bu baxımdan, Uşaqlar Forumu çox əhəmiyyətlidir. Uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçımız cənab İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyevaya minnətdarıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Elm və Təhsil Nazirliyinə təşkilatçılığa görə minnətdarlığımızı bildiririk.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri