Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik avtomobillərinin istifadəsinə qoyulan qadağa qüvvəyə minib.
Newscenter.az xəbər verir ki, bu gündən (1 noyabr – Qeyd) 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.
Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.
COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.
Mehman Mehdiyev

Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
01 Aprel 2025 13:58
Bu gündən ehtiyac meyarındakı artım qüvvəyə minib MƏBLƏĞ
01 Yanvar 2025 10:46
Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu gündən qüvvəyə minib
05 Fevral 2025 10:13
Azərbaycanda bu qadağa qüvvəyə minir
23 Mart 2025 18:10

