Bu gündən Ən yaxşı təqdimat müsabiqəsinə qeydiyyat başlayır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gündən ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsinin qeydiyyatı prosesinə başlanılır.
525.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, müsabiqəyə qeydiyyat yanvarın 30-na kimi aktiv olacaq.
Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış "Müsabiqələr və olimpiadalar" bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər. Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
Baxış sayı:104
Bu xəbər 14 Yanvar 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















