Icma.az
close
up
RU
Bu halda sahibkarların xərcləri azala bilər Açıqlama

Bu halda sahibkarların xərcləri azala bilər Açıqlama

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Son illər bütün dünyada, o cümlədən Azərbaycanda da məsafədən iş modeli getdikcə populyarlaşır.

Bu iş metodu işçilərə ofisdən asılı olmadan, evdən və ya istənilən başqa yerdən işləməyə imkan verir. Ənənəvi iş mədəniyyətindən fərqli olaraq, remote iş saatlara deyil, nəticələrə fokuslanır.

Bu barədə Metbuat.az-a açıqlama verən İnsan resursları üzrə aparıcı mütəxəssis, biznes mentor Türkan Əkbərova bildirib ki, distant iş təkcə işçilər üçün deyil, həm də işəgötürənlər üçün faydalıdır:


"Avropada bu yanaşmanı rəhbərlər çox pozitiv qarşılayırlar. Ofis xərcləri azalır, vaxt itkisi olmur. Bu, həm işçi, həm də işəgötürən üçün faydalı bir vəziyyətdir. Maaşa da təsir etmir, əksinə, işçini motivasiya edir.

Əslində "remote" işin mahiyyəti saatla ölçülmür. Əsas məsələ odur ki, sənə verilən tapşırığı vaxtında, düzgün və keyfiyyətlə yerinə yetirəsən. Bizim gündəlik iclaslarımızda da belə soruşurlar: “Dünənki tapşırıqları yerinə yetirdinizmi?”. Artıq məsələ neçə saat işləməyində deyil, nəticədədir”.

Mütəxəssis vurğulayıb ki, Avropada formalaşmış iş sistemi ilə Azərbaycanın klassik iş mədəniyyəti arasında ciddi fərqlər olsa da, burada əsas məqamlardan biri işəgötürənin işçiyə göstərdiyi etimaddır:

“Bu sistemdə işçi günün müəyyən saatlarını ofisdə keçirməyə məcbur deyil. İstəsə günün ortasında idman zalına gedə, axşam işini davam etdirə bilər. Əsas məsələ odur ki, tapşırıq sabaha qədər bitməlidir. Nəticə əldə olunursa, hansı formada işlədiyi tamamilə onun seçimidir. Bu yanaşma işçilərdə məsuliyyət hissini artırır. Sahibkar üçün əsas odur ki, iş vaxtında və düzgün yerinə yetirilsin”.

Ekspert qeyd edib ki, əgər işçi həmin gün boşdursa, şirkət bunu da normal qarşılayır və ona görə əmək haqqı ödənilir. Çünki qəbul edilmiş prinsip budur:

“İşçinin dəyəri yalnız həmin gün gördüyü işlə ölçülmür, o şirkətin bir parçasıdır və onun varlığı belə investisiya kimi qəbul edilir.Təbii ki, bəzən vəziyyət tam əksinə olur. Elə günlər də olur ki, işin vaxtında təhvil verilməsi üçün işçi gecə cəmi iki-üç saat yatır, amma işi bitirmək üçün bütün gücünü sərf edir. Bu, əlavə olaraq işçinin özünü inkişaf etdirməsinə və daha çox layihə götürməsinə imkan yaradır".

Xatırladaq ki, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına əsasən hazırda əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət bildirilib. Qeyd olunub ki, Əmək Məcəlləsinin bir sıra maddələrində azyaşlı uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının tətbiq olunması müəyyən edilib.

Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri