Icma.az
close
up
RU
Bu il ATMU nun bakalavriat və magistratura səviyyələrindən 605 nəfər məzun olub

Bu il ATMU nun bakalavriat və magistratura səviyyələrindən 605 nəfər məzun olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun 2025” tədbiri keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, məzun olmaq yalnız təhsil səviyyəsinin başa çatması deyil, eyni zamanda, tələbələrin əldə etdikləri bilik və bacarıqları cəmiyyətin rifahı üçün tətbiq edəcəkləri yeni bir dövrün başlanğıcıdır. Rektor ölkədə ali təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən və ATMU-nun son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb.

ATMU-da bu il bakalavr pilləsində 12 ixtisas üzrə 330 nəfər, magistratura pilləsində isə 275 nəfər tələbə məzun olub. İlham Mədətov qeyd edib ki, əldə olunan nailiyyətlər ölkə rəhbərliyinin diqqət və qayğısı, dövlət və özəl sektorun universitetə göstərdiyi dəstək sayəsində mümkün olub.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında peşəkar kadrlara əmək bazarında hər zaman böyük ehtiyac olduğunu vurğulayıb və ATMU məzunlarını turizm sahəsinin dəyərli mütəxəssisləri kimi görmək istədiyini qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov məzunları təbrik edib, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru Jens Peter də məzunlara təbriklərini çatdıraraq, onların ölkəmizin turizm sektorunun sürətli inkişafına töhfə verəcəklərinə əmin olduqlarını ifadə ediblər.

Tədbirin rəsmi hissəsi universitetin 2024/2025-ci tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin məzunlarına diplomlar, ictimai və akademik həyatında fəallığı ilə seçilən tələbələrə fəxri fərmanlar təqdim olunması və məzunların ənənəvi “papaq atma” mərasimi ilə başa çatıb.

Daha sonra konsert proqramı təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri