Bu il Bakıda ADEX sərgisində yeni məhsul və texnologiyalar nümayiş olunacaq
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
BAKU.WS xəbər verir ki, "ADEX" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir.
Sərginin xarici ölkələrdən qatılan iştirakçıları arasında Türkiyədən "Roketsan", "Aselsan Elektronik San. ve Tic. A.Ş.", "Turkish Aerospace Industries" – TAI, İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "Edge Group PJSC", İspaniyadan "INDRA", İsraeldən "IAI - Israel Aerospace Industries", "Plasan" və digər dünyaca tanınmış şirkətləri təmsil olunacaq.
Bir sıra ölkələr "ADEX"də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiya, bir neçə şirkət isə sərgidə fərqli formatda təmsil olunacaqlar. Əvvəlki illərdə olduğu kimi bu il "ADEX"ə yeni ölkələr və şirkətlərin qatılmasını gözlənilir.
Ənənəvi olaraq, "ADEX" müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etməsi gözlənilir.
Eyni zamanda "ADEX" sərgisi üçün geniş işgüzar proqram hazırlanıb.
Tədbirlər çərçivəsində sahə üzrə aktual mövzuları əhatə edən panel müzakirələri və çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
"ADEX" yüksək səviyyəli rəsmi nümayəndələrin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirakı ilə keçirilərək, növbəti dəfə müdafiə sahəsində ən son innovasiya və qabaqcıl texnologiyaların sərgiləndiyi mühüm məkana çevriləcək, eyni zamanda hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar yaradacaq.
Sərgi bağlı yenilənən məlumatları rəsmi internet saytından (www.adex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















