Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Cari ildə qlobal neft tədarükünün gündəlik orta hesabla 100 milyon 90 min barel olacağı proqnozlaşdırılır.
AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadla xəbər verir ki, qlobal neft tədarükünün Yaxın Şərqdə istehsalın azaldılmasının təsiri səbəbindən bu il azaldıqdan sonra 2027-ci ildə güclü şəkildə bərpa olunacağı gözlənilir.
EIA qlobal neft tədürükünün bu il əvvəlki ilə nisbətən orta hesabla gündəlik 5,2 milyon barel azalacağı və 2027-ci ildə isə sutkada 8,5 milyon barel artacağını proqnozlaşdırır. Qlobal neft tədarükünün gələn il gündəlik orta hesabla 109 milyon 550 min barel olacağı gözlənilir. Gələn il qlobal hasilatın gözlənilən artımının Yaxın Şərqdəki münaqişələr səbəbindən dayandırılmış istehsalın yenidən aktivləşməsi, eləcə də digər istehsalçı ölkələrdən tədarükü artırması ilə əlaqəli olacağı bildirilir.
EIA-nın məlumatları Yaxın Şərqdəki münaqişələr səbəbindən istehsaldan kənarda qalan neftin miqdarı azaldıqca xam neft hasilatının tədricən bərpa olunduğunu göstərir. Belə ki, münaqişələr səbəbindən istehsal olunmayan xam neftin miqdarı may ayında ən yüksək həddə çataraq gündəlik 10,9 milyon barel təşkil edib, daha sonra avqustda orta hesabla sutkada 5,8 milyon barelə, sentyabrda isə gündəlik 4,8 milyon barelə geriləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















